Türkiyədə klub prezidenti güllələndi
23:22 / 09.12.2020
2761
Türkiyənin II liqasında çıxış edən "Gümüşhanespor" klubunun prezidenti Vahid Olqun silahlı hücuma məruz qalıb.
Sfera.az xəbər verir ki, o, "Zonquldak Kömürspor"la bugünkü matçdan sonra klubun inzibati binasında naməlum şəxs tərəfindən güllələnib.
Güllələrdən biri Olqunun bədəninə dəyib və o, dərhal xəstəxanaya çatdırılıb.
Baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb.