"Türkiyədə Azərbaycan mədəniyyətini yaymaq könül işidir"

Memar Nurlan Yusifov xəyalında çəkdiyi Azərbaycanı Türkiyədə gerçəkləşdirir: "Azərbaycanı Tanıtım Evi Türkdilli xaqları da bir araya gətirəcək"

Memardır. 30 ilə yaxındır Türkiyədədir. Türkiyənin bir çox yerlərində Azərbaycan sevgisini bəlirləyən memarlıq işləri var. Türkiyənin Kızılcahamam qəzasındasalınan Xocalı park muzeyi, Ankaradakı Xocalı abidəsi, eləcə də Heydər Əliyev adına park onun memarlıq üslubu və Türkiyədəki Azərbaycan Səfirliyinin dəstəyilə inşa edilib.

Könül verdiyi son işlərindən biri də Çanaqqala savaşında şəhid olan azərbaycanlı əsgərləri və Türkiyə - Azərbaycam qardaşlığını simvolizə eləyən abidə ucaltmaqdır.

Azərbaycan Kültürünü Yayma və Yaşatma Dərnəyi, Azərbaycanı Tanıtım Evi də onun Azərbaycanla bağlı arzularını gerçəkləşdirmək amacıyla yaradılıb.

Müsahibimiz Nurlan Yusifov Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin (TAİB) fəallarından biri kimi də Azərbaycanın tanıtımına qatqıları olduğunu söyləyir.

Azərbaycan mühitini yaratmağa nail olduq

- Türkiyədə Azərbaycan mədəniyyətini təbliğ eləyən rəsmi bir mərkəzin fəaliyyətinə çox ehtiyac duyulur. Çünki Azərbaycan adına yaradılan dərnəklər, təşkilatlar zamanla müxtəlif səbəblərdən ya zəif fəaliyyət göstərirlər, ya da fəaliyyətsiz qalırlar. Bəlkə də bu səbəbdən Azərbaycanı Tanıtım Evinə ümidlər çoxdur.

- Bu dərnəyin yaranmasının tarixçəsi bir az fərqlidir. Gördüyünüz bu parkın 10 hektarlıq sahəsi var. 2011-ci ildə Ankarada Heydər Əliyev adına parkın yenilənməsi ilə bağlı qərar qəbul edildi. Biz də layihəsini hazırladıq, Azərbaycan və Türkiyə rəsmilərinə təqdim elədik, layihəmiz bəyənildi. O vaxtdan həm memar, həm də inşaat şirkətinin rəhbəri olaraq burdayam. Layihəmizdə gördüyünüz bu amfiteatrı qurmaq və kafe inşa etmək də vardı. Biz tikintini başa çatdırıb Ankara Böyük Şəhər Bələdiyəsinə təslim edəcəkdik. Amma iş elə gətirdi ki, buranı fəaliyyətdə saxlamaq da bizə həvalə olundu və park Heydər Əliyevin adını daşıdığna görə hər kəs bu ərazini Azərbaycan parkı olaraq tanımağa başladı. Burada Azərbaycan naminə daha rahat fəaliyyət göstərmək üçün Türkiyə qanunlarına uyğun şəkildə bir dərnək yaratmağı qərara aldıq və lazımi sənədləri toplayıb Azərbaycan Kültürünü Yayma və Yaşatma Dərnəyini təsis etdik. Dərnəyin tərkibində mədəniyyətimizi, incəsənətimizi, zəngin tarixi – mənəvi irsimizi təbliğ eləyəcək Azərbaycanı Tanıtım Evini də yaratdıq.

Əminəm ki, türk seyrçiləri filmlərimizə maraqla baxacaq

- Dublyajla əlaqədar ötən il Azərbaycan Kinostudiyası,Kinorejissorlar Gildiyası ilə əlaqə saxlamışdıq.Gildiyanın rəhbəri Hüseyn Mehdiyevin sözlərindən belə aydın oldu ki, bu addımı Türkiyə tərəf atmalıdır. Gildiyanın gözləntisi budur ki, TRT Azərbaycan filmlərini alıb, dublyaj edib, türk tamaşaçısına göstərsin.

Nurlan Yusifov:

- Fikrimcə, biz dublyajı gözləmədən öz filmlərimizi nümayiş etdirməliyik. "Diriliş Ərtoğrul" serialının bizdə də, Türkiyədə də tamaşaçı çoxdur. Nədən? Çünki osmanlıcaya, əski türkcəyə indi gənclərin də marağı artıb. Həm də Azərbaycan türkcəsinə yaxın olduğu deyilir.

Biz həftə sonları bir gün türk filmi, bir gün də bizim filmi təqdim edəcəyik, amma bunlar eyni dönəmin filmləri olacaq. Türk seyrçi baxıb müqayisə aparsın. Adət-ənənələrimizin nə qədər yaxın olduğunu görsün. Misal üçün, "Arşın mal alan" filmi, Azərbaycanda XX əsrin əvvəllərini çox gözəl şəkildə əks etdirir. "O olmasın, bu olsun" da eləcə. Buranın havası da çox gözəldir, yayda sərin olur, insanın ruhu dincəlir. Əminəm ki, türk tamaşaçıları filmlərimizə maraqla baxacaq.

Türkdilli xalqların festivallarını da keçirəcəyik

Ümimiyyətlə, gələcəkdə burada Ankara Heydər Əliyev Parkı festivalları keçirməyi də planlaşdırıq. Etnik musiqilər də, instrumental da, caz da, vokal da, bir sözlə musiqinin hər bir janrını tamaçaçılar burda canlı dinləyəcək. Yəni bu bütün türk xalqlarını, türk dünyasını əhatə edən festivallar olacaq. Hər bölgənin də öz mətbəxi, öz mədəniyyətini nümayiş elətdirməsi üçün burda çadırlar qurulacaq.

Bura məkan olaraq da geniş bir yerdir. Seyrçi amfiteatrdan kənarda da, baxın bu terrasdan da səhnəni seyr edə biləcək. Təbii ki, bunları da tədricən reallaşdırmaq mümkündür. Bunun üçün bizə bələdiyyənin, TÜRKSOY-un, Azərbaycan səfirliyinin, Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin dəstəyi lazım olacaq.Həmçinin media dəstəyi də.

Nəsiminin-Hurufilərin Anadoluya da təsiri çox olub

- Daha nə planlarınız gözlənilir?

Oktay Hacımusalı:

- Azərbaycan mədəniyyətilə, Azərbaycan ədəbiyyatı və Azərbaycan milli fikriylə bağlı bir çox vacib şəxslərin anım tədbirlərini reallaşdırmaq üzərində düşünürük. Bu həm də bir könül işidir. Azərbaycan təfəkkürünün Türkiyə ictimaiyyətində geniş şəkildə çatdırılmasına ehtiyac var və bu istiqamətdə cəhdlər edirik.

Məsələn, bu il Əli bəy Hüseynzadənin, Əhməd Ağaoğlunun yubileyidir. Cənab Prezident İmamədin Nəsimi ili elan etdi. Nəsimi bizim mənəvi fikir dünyamızın əsas lokomativlərindən biridir. Nəsiminin Anadoluya də təsiri böyükdür. Məsələn, Ankaradakı Hacı Bayram Vəli türbəsi o zaman Azərbaycandan gələn hurufilərin və daha sonra səfəviyyə təriqətindən olan mürşidlərin burada qurduğu sistemin mənbəyi olub. Bu kontekstdə Azərbaycan və Türkiyənin elm adamlarını bir araya toplayaraq konfranslar, simpoziumlar keçirməyi düşünürük. Biz Azərbaycan mədəniyyətinin təbliği və təşviqini gerçəkləşdirmək üçün burdayıq və Türkiyə cəmiyyətinin Azərbaycan mədəniyyətinə adaptasiya olunmasını təmin etməliyik.

Sevil Ünal Hilalqızı, Ankara

Sfera.az

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...