Türkiyə səfiri Gürcüstan parlamentinin komitə sədri ilə görüşüb

Türkiyə səfiri Gürcüstan parlamentinin komitə sədri ilə görüşüb

Türkiyə səfiri Zeki Levent Gümrükçü ilə Gürcüstan parlamentinin  İnsan Hüquqları və Mülki İnteqrasiya Komitəsinin sədri Sofiya  Kiladze arasında görüş olub

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüş çərçivəsində S. Kiladze son günlər Türkiyədə baş verən terror hücumları zamanı həlak olanların ailələrinə və türk xalqına başsağlığı verib.

 

 "Tərəflər arasında ikitərəfli münasibətlər, regionda mədəni və tarixi əlaqələr müzakirə olunub. Türk diplomat dünyada sülh və əhəmiyyətli təhlükəsizlik üçün iki ölkə arasında sıx və dostluq əlaqələrinin daha da gücləndirilməsinin vacib olduğunu bildirib”, Gürcüstan parlamentinin mətbuat xidmətindən bildirilib.

 

Görüşdə insan hüquqları məsələlərinə də  toxunulub. Tərəflər həmçinin  ölkə parlamentləri arasında əməkdaşlığın daha da genişləndirilməsinə hazır olduqlarını bildiriblər.


OXŞAR XƏBƏRLƏR