Türkiyə məşhurları Azərbaycanı dəstəkləyirlər

Türkiyə məşhurları Azərbaycanı dəstəkləyirlər

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) aprelin 6-dan "Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə" adlı petisiya layihəsinin icrasına start verib. Layihə çərçivəsində Ağ Ev Administrasiyasının internet resursunda AVCİYA-nın prezidenti Elxan Süleymanovun imzası ilə Obama administrasiyasına petisiya (//petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe) ilə müraciət açılıb.

Milli.Az bildirir ki, qardaş Türkiyənin ictimai və siyasi xadimləri, kütləvi informasiya vasitələri millət vəkili,  AVCİYA-nın prezidenti Elxan Süleymanovun layihə rəhbəri olduğu "Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə" adlı petisiyaya dəstək verərək hər zaman yanımızda olduqlarını bir daha nümayiş etdiriblər.

Bu kampaniyanı bir qardaşlıq vəzifəsi hesab edən Türkiyənin  ictimai-siyasi xadimləri və məşhurlarından -Türkiyə Respublikasının Avropa Birliyi naziri Egemen Bağış, prezident məsləhətçisi Hidayət Türkoğlu, hakim partiya olan AK partinin millət vəkilləri, dövlət və qeyri-hökumət təşkilatları, məşhur ifaçılar Mustafa Sandal, Demet Akalın və b., dünyaca məşhur türk futbolçu Arda Turan, Türkiyənin məşhur futbol komandaları və futbolçuları imzalayıb və özlərinin sosial şəbəkələrdəki səhifələri vasitəsilə petisiyanın linkini paylaşaraq, insanları səs verməyə səsləyib, Azərbaycanın haqq işinə dəstək olduqlarını vurğulayıblar.


OXŞAR XƏBƏRLƏR