Türkiyə koronavirusun daha bir müalicə üsulunu tapdı - 15 dəqiqə ərzində...

Türkiyə koronavirusun daha bir müalicə üsulunu tapdı - 15 dəqiqə ərzində...
 Türkiyədə koronavirusun daha bir müalicə üsulu tapılıb.

Sfera.az xəbər verir ki, mütəxəssis Lokman Kılıç İstanbuldakı özəl klinikalardan birində koronavirus və qrip kimi yoluxucu xəstəliklərə qarşı orqanizmin müqavimətini artıran ozonoterapiya metodunu tətbiq edib.

Belə ki, steril vakumlu şüşəyə yerləşdirilən qan qapalı sistem içində əl dəymədən ozonlanır və eyni damardan geri vurulur. Bunun sayəsində 15 dəqiqə davam edən proses sonrası immuniteti qüvvətlənən insanların xəstəliklərə qarşı müqaviməti artır.

"Ozonoterapiya ağciyərin potensialını artırdığı üçün koronavirusa bu yolla savaş açmaq olar. Bu, Çində və Avropadakı xəstəxanalarda COVID-19 daşıyıcılarına da tətbiq olunur. Ozonoterapiya xəstəliyə yoluxmadan əvvəl immun sistemini qüvvətləndirməkdə, qan və toxumaların oksigenləşməsində əhəmiyyətli rol oynayır. Xəstəliklərin birdən dördə qədər dövrü var. Bu müalicə üsulu hətta dördüncü mərhələdə olanlara da tətbiq oluna bilər. Əks təsiri olmur.

Təkcə hamiləliyin ilk 3 ayında tətbiq edilməsini tövsiyə etmirik. 1-dən 100 yaşa qədər istənilən insan qəbul edə bilər. Bu metod həm də yorğunluq sindromu, revmatizm, qan dövranında pozulmaların qarşısının alınması, bakterial, virus, göbələk infeksiyaları, astma, allergiya, çəki atmaq, diabet, insulin müqavimətinin azaldılması, depressiya, əzələ xəstəlikləri və oynaq ağrılarının müalicəsində istifadə oluna bilər", - mütəxəssis bildirib.

Qeyd edək ki, türk ekspertlər koronavirusun müalicəsində istifadə olunması üçün dərman və peyvənd hazırlanmasına başlayıb. (publika.az)

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...