Türkiyə iqtisadiyyatında nə baş verir?

Türkiyə iqtisadiyyatında nə baş verir?
"Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biri kimi Türkiyənin iqtisadiyyatında baş verənləri yaxından izləməyə məhkumuq. Bizim ən böyük xarici yatırımlarımız da Türkiyədədir”.

Sfera.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev deyib. O bildirib ki, Türkiyə hazırda iqtisadi təlatümlərin içərisindədir:

"Məzənnə qeyri-sabitliyi və yüksək inflyasiya hazırda Türkiyənin ən ciddi problemlərdir. 20 ay ərzində 4 dəfə Mərkəzi Bankının rəhbərinin dəyişməsi də bazarın həssaslığını artırır. Qlobal pandemiya iqtisadiyyatı xidmət ixracatından asılı olan ölkə üçün əlavə ciddi problemlər yaratdı. 2019-cu ildə cari hesabda yaranan 6.9 mlrd. USD profisiti 2020-də 36.7 mlrd. dollarlı defisit əvəzlədi. Səbəb xarici ticarət kəsirinin 2 dəfə artması, xidmətlər balansının müsbət saldosunun 2 dəfə azalmasıdır.Mərkəzin Bankın ehtiyatları da kritik həddə qədər azalıb,  qızıl-valyuta ehtiyatlarının ümumu həcmi 90 mlrd. dollardan bir qədər çox, konkret həcmi isə daha azdır”.
 
Ekspert vurğulayıb ki, Azərbaycan iqtisadiyyatı Türkiyə iqtisadiyyatından az qala 20 dəfə kiçik olduğu halda, iki ölkənin valyuta ehtiyatları arasında fərq heç 2 dəfə də deyil:
 
"Yəni Türkiyə iqtisadiyyatının, eləcə də potensial risklərinin miqyası baxımandan son dərəcə məhdud ehtiyatlara malikdir. Ehtiyatlar ölkəni istənilən gözlənilməz iqtisadi risklərdən sığortalamaq üçün çox mühüm alətidir. Türkiyədə hazırda yaşananlar bir məqamı çox aydın göstərir: Havayı resurs pulları olmayan siyasi hakimiyyətlər üçün demokratik siyasi, rəqabətli iqtisadi sistem qurmağın alternativi yoxdur”.
 

OXŞAR XƏBƏRLƏR