Türkiyə Gənclər Fondu Azərbaycana dəstək oldu

Türkiyə Gənclər Fondu Azərbaycana dəstək oldu
Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Türkiyə Gənclər Fondu (TÜGVA) ölkəmizdə bir neçə günlük səfərdədir.

Sfera.az xəbər verir ki, məqsəd iki ölkənin gəncləri arasında əməkdaşlığın möhkəmləndirilməsi, Azərbaycan həqiqətlərinin, Ermənistan silahlı qüvvələrinin təxribat, terror əməllərinin qardaş ölkədən olan gənclərə çatdırılması və ortaq fikir mübadiləsinin aparılmasıdır.

Səfərin ilk günündə – 2 noyabr tarixində TÜGVA-nın idarə heyətinin üzvlərinin Gənclər Fondu, Gənclər və İdman Nazirliyi, Dövlət Diaspora Komitəsinin nümayəndələri ilə görüşü baş tutub.

İki ölkənin gəncləri arasında "I Azərbaycan-Türkiyə Gənclər Forumu” keçirilib. Görüşdə Azərbaycandan olan müxtəlif gənclər təşkilatlarının nümayəndələri və Türkiyədən olan gənclərdən ibarət nümayəndə heyəti iştirak edib. Bununla yanaşı, qardaş ölkədən bir qrup gənc foruma onlayn formada qatılıb.

Forumda gəncləri narahat edən bir çox məsələlər, eləcə də ümummilli maraqlara dayanan mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. Görüşün sonunda Türkiyə və Azərbaycandan olan gənclərin gələcəkdəki əməkdaşlığına, eləcə də Ermənistanın cinayət əməlləri pislənərək, dünya ictimaiyyətinə çatdırılmasına və bu istiqamətdə gənclərin üzərinə düşən öhdəliklərə dair bəyanat qəbul edilib.

Qeyd edək ki, ölkəmizdə səfərdə olan Türkiyə Gənclər Fondunun nümayəndələri növbəti gün Bərdə və Gəncə şəhərlərinə səfər edəcəklər.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...