Türkiyə \"Eurovision\"a qayıdır

Türkiyə \
Türkiyə növbəti Avroviziya Mahnı Müsabiqəsində iştirak etmək fikrindədir.
 
Sfera.az bildirir ki, bu barədə TRT-nin baş direktoru İbrahim Eren məlumat verib. O bildirib ki, bu istiqamətdə artıq əlaqələr qurulub, müzakirələr gedir. 

"Haqsızlıq düzələnə qədər yarışmaya qatılmaq fikrimiz yoxdur, amma görüşlər keçirilir. Nə olacağını bilmirik” , - deyə Eren qeyd edib.

Xatırladaq ki, Türkiyə Avroviziya Mahnı Müsabiqəsindəki səsvermədə ədalətsizlik olduğunu bildirərək 2012-ci ildən bəri yarışlara qatılmır.
 
Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR