\"Türk serialı Əli Kərimlinin sərsəmləməsindən üstündür” - Siyavuş Novruzov

\

"Azərbaycan xalqını, dövlətini təhqir edənlər cinayət məsuliyyətinə cəlb olunmalıdır”.  

Sfera.az-ın məlumatına görə, bunu parlamentdə Milli Şuranın iclaslarına münasibət bildirən deputat Siyavuş Novruzov deyib. 

O, Milli Şuranın iclaslarında Azərbaycan xalqının və dövlətinin təhqir olunduğunu vurğulayıb.

"Milli sözünü də biabır edən Milli Şura adlı dərnək keçirdikləri videokonfrans zamanı Azərbaycan xalqına qarşı hörmətsizlik edib. Onlar öz əxlaqlarına uyğun məsələlərin müzakirəsinə həsr etdikləri görüşdə xalqın aşağılanmasına yol veriblər. Onlar barəsində tədbirlər görülməlidir. Xalqı təhqir edirlər ki, insanlar seriala baxır, bunlara baxmır. 

Demək, insanlar serialı sizdən üstün tutur, türk serialı xalq üçün Əli Kərimlinin sərsəmləməsindən daha üstündür”.

S.Novruzov qeyd edib ki, hər bir deputat məsələyə münasibət bildirməlidir:

"Azərbaycan xalqına qarşı aşağılayıcı fikirlər cinayət məsuliyyəti ilə ölçülməlidir. Biz xalqın aşağılanmasına imkan verə bilmərik. Hesab edirəm ki, qanunları sərtləşdirməliyik. Onlar özlərini ifşa etdi”.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...