TuranBank “YAŞAT” düşərgəsinə dəstək oldu

TuranBank “YAŞAT” düşərgəsinə dəstək oldu
Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərin, bu yolda canını fəda edən şəhidlərimizin ailələri daim diqqət və qayğı mərkəzindədir.

TuranBank da hər zaman şəhidlərimizin ailə üzvlərinin, qazilərimizin sosial müdafiəsi və ehtiyaclarının qarşılanması üzrə təşəbbüslərdə aktiv iştirak edir. Bu ənənəyə sadiq qalan bankımız "YAŞAT” Fondu və "ASAN Könüllüləri” Təşkilatı ilə birgə şəhid övladları üçün həyata keçirilən yay düşərgələrinə maliyyə dəstəyi göstərib.

Düşərgə müddətində iştirakçıların hər birinə istəklərinə uyğun bankın maliyyə dəstəyilə hazırlanmış müxtəlif hədiyyələr təqdim edilmişdir. "YAŞAT” Fondu və "ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən "YAŞAT" düşərgəsinin məqsədi şəhidlərimizin övladlarının diqqət mərkəzində saxlanılması, onların sosial qayğı ilə əhatə olunmasını təmin etməkdir.
 
Layihə çərçivəsində ümumilikdə 300-dək uşağı əhatə edəcək 6 düşərgənin həyata keçirilməsi nəzərdə tutulub. Hər düşərgədə uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatrlar, öz sahəsində müsbət imicə malik olan peşəkarlarla, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar təşkili vəmüğənnilərin iştirakı ilə konsert proqramının keçirilməsi nəzərdə tutulub.
 
Qeyd edək ki, TuranBank Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində həssas əhali qruplarını, o cümlədən gələcəyimiz olan uşaqları daim diqqət mərkəzində saxlayır və dəstək olur. Bundan sonra da bankımız "YAŞAT" Fondu ilə birlikdə mütəmadi olaraq sosial layihələrdə əməkdaşlıq edərək şəhid ailələrinin sosial təminatına dəstəyini davam etdirəcək.


OXŞAR XƏBƏRLƏR

Tarixdəki ən qısa müharibələr

1896-cı ildə Britaniya ilə Afrika sahillərindəki kiçik bir ada dövləti olan Zanzibar arasında təəccüblü şəkildə qısa bir münaqişə baş verdi.   Sfera....

Moskvada bu tarixdə spirtli içkilərin satışı dayandırılacaq

Rusiyanın paytaxtı Moskvada 9 May günü - Qələbə paradının keçirilməsi zamanı mərkəzdə spirtli içkilərin satışına məhdudiyyət qoyulacaq.   Sfera.az xə...

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialına müdir təyin edilib.   ...

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

AFFA İntizam Komitəsi üç futbolçunu cəzalandırıb.   Sfera.az xəbər verir ki, buna onların rəqib futbolçuları təhqir etməsi səbəb olub.   X...

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...