Tramp Azərbaycan səfirliyində keçiriləcək tədbirə qatılacaq?

Tramp Azərbaycan səfirliyində keçiriləcək tədbirə qatılacaq?
ABŞ-ın seçilmiş prezidenti kimi ilk mətbuat konfransı öncəsi Donald Tramp Xanuka yəhudi bayramına həsr edilmiş tədbirin sahibi olmaq niyyətindədir. Virtualaz.org xəbər verir ki, bu məlumatı Amerikanın "Morning Star” nəşri verib.
Mənbə bildirir ki, Donald Tramp ilk növbədə iş adamıdır və işlə əyləncəni balanslaşdırmağı bacarır. Bu halda isə əyləncə özü elə işdir. Dekabrın 14-də özünə məxsus hotellərdən birində o, Xanuka münasibətilə xarici nümayəndələr üçün təşkil ediləcək tədbiri qəbul edəcək.
Tədbir Azərbaycan səfirliyi ilə birgə təşkil olunacaq. Azərbaycan və İsrail münasibətlərini qaydasına salmağa çalışırlar. Bu baxımdan tədbiri Trampın bu iki ölkənin mehriban münasibətlərinin inkişafına dəstək vermək cəhdi kimi də qiymətləndirmək olar.
Seçki kampaniyasının gedişatında müsəlman imiqrantlara qarşı mövqeyinə baxmayaraq, tədbir "azadlığın və müxtəlifliyin” təntənəsinə həsr ediləcək.
Hökumət etikası üzrə mütəxəssislər tədbirin keçiriləcəyi məkan kimi diplomatların Trampın məkanlarından birini seçməsini şübhə altına alıblar. Onların fikrincə, burada maraqların toqquşması izlənilir. Qeyd etmək lazımdır ki, bir sıra səfirliklər 2017-ci ilin yanvarında Trampın inauqurasiyasına kimi və daha sonrakı dövrə tədbirlərin keçirilməsi üçün məhz Trampın hotelini tutublar.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...