Toy yoxdur, müğənnilər nə ilə dolanır? – Suala əsəbləşən də oldu, “mətbuat katibimlə danışın” deyənlər də + SORĞU

Toy yoxdur, müğənnilər nə ilə dolanır? – Suala əsəbləşən də oldu, “mətbuat katibimlə danışın” deyənlər də + SORĞU

Pandemiya dövrü bir çox sahələrdə tənəzzül yaratdığı kimi öz mənfi təsirini şou sektorunda da göstərib.


Maraqlıdır, qazancları əsasən toylardan və şou proqramlarından formalaşan müğənnilərin hazırkı maddi durumları necədir? Toysuz qalan müğənnilər hazırda nə işlə məşğuldurlar və hardan gəlir əldə edirlər?


Mövzu ilə bağlı Sfera.az-a danışan Əməkdar artist Baloğlan Əşrəfov hazırda heç bir işlə məşğul olmadığını bildirib:



"Nədənsə bu mövzular gündəmə gələn kimi ilk yada düşən müğənnilər olur. Hər kəsə bəllidir ki, bizim maddi qazancımızı toylar təşkil edir. Hazırda dövlətdən aldığım maaşla dolanıram. Buna da şükür edirəm. Allah nə verirsə onunla da dolanırıq. Bu tək bizim ölkənin bəlası deyil ki? Hamımız dərk etməliyik ki, bu dünyanın bəlasıdır və özümüzü qorumaqdan başqa çarəmiz yoxdur. Heç kim şikayət edə bilməz, çalışmalıyıq ki, özümüzü birtəhər yola verə bilək".


Müğənni Manaf Ağayev də hazırkı durumdan şikayətçi olmadığını vurğulayıb:



"İndi mənim maddi vəziyyətim pis olsa, kimsə mənə kömək edəcək ki? Hamı necə, mən də elə dolanıram. Mən ağlamağı sevmirəm. Hər günümüzə şükür olsun. Heç bir biznesim də yoxdur. Necə dolanmağıma gəldikdə isə ac qalsam da, bunu heç kimə bəlli edən insan deyiləm. Bundan sonra da bu mövzuda heç bir jurnalistə açıqlama verməyəcəm".


Əməkdar artist Nüşabə Ələsgərli isə hazırda evdə tələbələrinə online dərs keçdiyini deyib:



"Hər kəs kimi mən də evdəyəm. Tələbələrimə dərs keçib, maaşımı alıram. Günümü evdə keçirirəm. Tədbirlərə dəvət etsələr də getmirəm. Bu yaxınlarda tədbirə dəvət etdilər, getmədim. Belə məqamlarda çalışıram ki,özümü qoruyum".


Müğənni Nura Suri isə sualımıza cavab vermək istəmədiyini bildirdi:



"Əvvəla mən sizi tanımıram,və mənim şəxsi nömrəmə niyə zəng vurursunuz. İlk öncə mənim mətbuat katibim var, ona zəng vurub, sualı ünvanlamalı idiniz. Mətbuat katibi uyğun görərsə mən suallara cavab verirəm. Tutaq ki, biri toy edir, mənə zəng vumalıdır? Bəs mətbuat katibləri nə üçün var? Bəlkə mən danışmaq istəmirəm?".

 

Jalə Mehdi

Sfera.az

 

 

 

OXŞAR XƏBƏRLƏR

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialına müdir təyin edilib.   ...

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

AFFA İntizam Komitəsi üç futbolçunu cəzalandırıb.   Sfera.az xəbər verir ki, buna onların rəqib futbolçuları təhqir etməsi səbəb olub.   X...

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...