Torpaqlarımızın işğaldan azad edilməsi kənd təsərrüfatının inkişafını sürətləndirəcək - TƏHLİL

Torpaqlarımızın işğaldan azad edilməsi kənd təsərrüfatının inkişafını sürətləndirəcək - TƏHLİL

İşğal altında olan torpaqların azad edilməsi ölkəmizdə kənd təsərrüfatının inkişafında yeni shifə açacaq. Ərazinin düzən və dağlıq olması burada həm bitkiçiliyin, həm də heyvandarlığın inkişafı üçün gözəl zəmin yaradır.


Aparılan hesablamalara əsasən torpaqlarımızın 20 faizi işğal altında olmasaydı bitkiçilik məhsullarının istehsalı 15 faizə, heyvandarlıq məhsullarının istehsalı 20 faizə yaxın artacaqdır. Bu nisbətdə artım ölkəmizin kənd təsərrüfatı məhsullarına olan ehtiyacının yerli məhsullar hesabına ödənilməsinə böyük töhfə olardı.

 

Sfera.az xatırladır ki, sentyabrın 27-dən başlanan əks-hücum əməliyyatları və bunun nəticəsində işğal altında olan ərazilərin bir hissəsinin azad edilməsi kənd təsərrüfatının potensialının artırılmasına böyük dəstək olacaq. İşğal altında olan rayonların kənd təsərrüfatı imkanlarını təsəvvür etmək üçün həmin regionların 1988-ci ildəki iqtisadi göstəricilərinə diqqət yetirmək kifayətdir.

 

1988-ci ildə Azərbaycanda istehsal edilən taxılın 14,3 faizi, üzümün 31,5 faizi, ətin 14,5 faizi, südün 17,1 faizi, yunun 19,3 faizi və baramanın 17 faizi işğal olunan rayonların payına düşürdü. Regionun ekoloji mühitinin sağlam olması bu rayonlarda ən təmiz və keyfiyyətli kənd təsərrüfatı məhsulları istehsalına imkan yaradırdı.


Taxıl istehsalı Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) ərazisində 100 min ton, Füzulidə 32 min ton, Ağdamda 30 min ton, Cəbrayılda 20 min ton, digərlərində 15 min ton olub. Ümumilikdə işğal altında olan ərazilərdə 180 min ton taxıl istehsal edilib. Bu ərazilərdə hökumətin verdiyi təşviqlərlə taxıl istehsalını 400-450 min tona qədər artıqmaq olar.


İşğal altında olan torpaqlarda 21 min ton pambıq istehsal edilib. Əsas pambıqçılıq rayonu Ağdam olub. 1988-ci ildə Ağdamda 19 min ton pambıq istehsal edilib.

 

Regionda əsas kənd təsərrüfatı məhsullarından biri üzüm olub. 1988-ci ildə burada 325 min ton üzüm istehsal edilib. Üzüm istehsalı DQMV ərazisində 72 min ton, Füzulidə 100 min ton, Cəbrayılda 42 min ton, Zəngilanda 16 min ton təşkil edib.

 

Region kartof istehsalı üçün də əlverişli olub. Ərazinin dağlıq olması burada dəmyə kartof istehsalına imkan verib. Burada 24 min ton kartof istehsal edilib. DQMV-də 5,2 min ton, Zəngilanda 6,4 min ton, Qubadlıda 5,5 min ton, Laçında 4,6 min ton, Cəbrayılda 1,3 min ton kartof istehsalına nail olunub.

İşğal altında olan ərzilər heyvandarlığın inkişafı üçün böyük potensiala sahib idi. 1988-ci ildə ərazidə 313 min başdan artıq iri buynuzlu mal-qara olub. İri buynuzlu heyvanların 90,3 mini DQMV-də, 45 mini Ağdamda, 42 mini Laçında, 37 mini Füzulidə, 33 mini Kəlbəcərdə idi.

 

Regionda 1,1 milyon baş qoyun və keçi saxlanılıb. Regionun ən böyük qoyun və keçi saxlanılan rayonu Laçın idi. Laçında 243 min baş qoyun və keçi saxlanılıb. DQMV-də 226 min, Ağdamda 194 min, Füzulidə 144 min, Cəbrayılda 118 min, Kəlbəcərdə 108 min qoyun və keçi olub.

 

Heyvanların sayının çox olması heyvan mənşəli məhsulların istehsalı üçün əlverişli şərait yaratmışdı. Bunun hesabına işğal altında olan ərazilərdə 20 min ton ət, 76 min ton süd, 14,5 milyon ədəd yumurta, 1360 ton yun, 846 ton barama istehsal edilirdi.

 

Beləliklə, 1990-cı ildən başlayaraq Azərbaycan ərazilərinin işğal olunması nəticəsində 311 kənd təsərrüfatı müəssisəsi, o cümlədən 145 yeni təşkil olunan üzümçülük-şərabçılıq təsərrüfatı, 1365 avtomobil, 3425 əkin və qoşqu traktoru, 7296 hidroqurğu, 62 su nasosu və suvarma aqreqatları, 1200 km təsərrüfatlararası suvarma kanalları, 645,5 min ha kənd təsərrüfatına yararlı torpaq, 185,5 min ha əkin yeri, 40 min ha bar verən cavan üzüm plantasiyaları sıradan çıxarıldı. Hər il orta hesabla 180 min ton taxıl, 21 min ton pambıq, 324, 3 min ton üzüm, 23,5 min ton kartof və başqa bitkiçilik məhsulları işğal nəticəsində toplanmamış, 313,1 min başdan çox iri buynuzlu mal-qara, o cümlədən 111,2 min baş inək və camış, 1 milyon 98 min qoyun və keçi qarət edilib və həmçinin 20 min ton ət, 75,5 min ton süd, 846 ton illik heyvandarlıq məhsulları itirilib.


Bu statistik göstəricilərə əsaslanıb deyə bilərik ki, ərazilərin işğaldan azad edilməsindən sonra ölkəmizdə kənd təsərrüfatının inkişafında, məhsul istehsalının artırılmasında yeni mərhələ başlanılacaq və həmin ərazilərin istismar edilməsi əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsini xeyli yaxşılaşdıracaq.

 

 

Vasif

Sfera.az

 

OXŞAR XƏBƏRLƏR

İri hasilatçılar razılaşdı, neft yenidən bahalaşır - TƏHLİL

2020-ci ilin dekabrın 3-də Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 12-ci iclasında gündəlik xam neft hasilatının mö...

Avronun bahalaşması Azərbaycan iqtisadiyyatına necə təsir edəcək? - TƏHLİL

Son bir ayda beynəlxalq birjalarda avronun dollara nəzərən bahalaşması müşahidə edilir. Bu dövrdə avro ABŞ dolları ilə bərabər, Yaponiya yeninə, Çin yuanına, ...

Ermənistana 3,8 milyard dollarlıq ZƏRBƏ - FOTO

II Qarabağ müharibəsində Azərbaycan ordusunun Ermənistanın məhv etdiyi və yaxud qənimət kimi götürdüyü hərbi texnikasının dəyəri minimum qiymətləndirmə ssenaris...

Daşınmaz əmlak ucuzlaşır, əhali pulunu yenidən banklara yönəldir - TƏHLİL

Pandemiyanın uzun müddət davam etməsi daşınmaz əmlak bazarındakı durğunluğu dərinləşdirir. Rəsmi statistikaya əsasən daşınmaz əmlak qiymətlərində ciddi dəyişi...

Banklar biznes kreditlərini yenidən azaldıb, istehlak kreditlərinin payı artıb - ŞƏRH

Kredit qoyuluşunda istehlak kreditlərinin payının yenidən artması müşahidə edilir. Mərkəzi Bankın məlumatına əsasən, ev təsərrüfatlarına verilən kreditlərin ü...

Tələbə bu görüntülərə görə BDU-dan qovulubmuş: Bayrağı təhqir etdi - VİDEO

Bakı Dövlət Universiteti Dövlət bayrağını təhqir edən tələbə ilə bağlı məlumat yayıb. Sfera.az xəbər verir ki, məlumatda bildirilir: "Mexanika-riyaz...