Tom Kruz Kiyev metrosunda film çəkəcək - VİDEO

Tom Kruz Kiyev metrosunda film çəkəcək - VİDEO

Tanınmış Hollivud aktyoru Tom Kruz Ukraynanın paytaxtı Kiyev şəhərinin metrosundan istifadə edib.

"Fakty.ua” xəbər verir ki, aktyoru "Qızıl qapılar” metro stansiyasında görüblər.

 

Tom Kruzu stansiyada mühafizəçilər və nümayəndə heyəti müşayiət edib.

Kinoulduzla foto çəkdirməyə icazə verilməyib. Buna baxmayaraq sərnişinlər bir neçə foto və video çəkməyə nail ola biliblər.

Aktyoru Ukrayna prezidentinin köməkçisi Andrey Yermak müşayiət edib. Şahidlərin bildirdiyinə görə, qonaqlar çəkiliş üçün yer müəyyənləşdiriblər.(oxu.az)




OXŞAR XƏBƏRLƏR