Tokio-2020: Daha iki idmançımız mübarizəyə başlayır

Tokio-2020: Daha iki idmançımız mübarizəyə başlayır
Bu gün Azərbaycanın daha 2 idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.

Sfera.az-ın məlumatına görə, yarışın növbəti günündə cüdoçu Məmmədəli Mehdiyev və boksçu Alfonso Dominges qüvvəsini sınayacaq. Bundan əlavə Badmintonçu Eddi Reski Dviçayo L qrupunda növbəti görüşünü keçirəcək.

90 kq çəki dərəcəsində yer alan Mehdiyev 1/16 final mərhələsində Rafael Makedo (Braziliya) / İslam Bozbayev (Qazaxıstan) cütünün qalibi ilə üz-üzə gələcək.

Dominges 1/8 finalda Dilşodbek Ruzmetovlə (Özbəkistan) görüşəcək.

İlk oyunda qələbə qazanan Dviçayo danimarkalı Anders Antonsenin müqavimətini qırmağa çalışacaq.

Tokio-2020

28 iyul

Cüdo

90 kq

06:00 - 09:30. 1/16 final. Məmmədəli Mehdiyev - Rafael Makedo (Braziliya) / İslam Bozbayev (Qazaxıstan)

Badminton

L qrupu

15:00. Edi Reski Dviçayo - Anders Antonsen (Danimarka)

Boks

15:27. 1/8 final. Alfonso Dominges - Dilşodbek Ruzmetov

Qeyd edək ki, indiyədək Azərbaycanın 17 idmançısı olimpiada ilə vidalaşıb

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...