To-PLAN -tı...

To-PLAN -tı...
 Jalə Mütəllimova
 
Rəhmətlik Səməndər demiş, bu toy ki, var, vacib məsələdir...
 
Təkcə bəyə gəlinə yox, bütövlükdə ölkəyə toy tutublar! Dövlət, hökumət adamların qarşısında diliqısa, gözükölgəli oldu. 
 
İndi sıravi adamlar özünə ziyan verəcək şeylər edəcəklər. Bunu pandemiyanını ikinci və milli dalğası da saya bilərsiniz. Təbrik edirəm!..
 
***
 
Gələk toplantıya. Sözün əvvəlindəki  to-nu, arxasındakı tı-nı çıxsan, qalır plan. Yəni əməlli başlı plandır. (Məncə, siz Səyavuş müəllimin toPLANtı sözünü seçməsini, dara-bara salmayın!)
 
Bəri durun, mən deyim, siz sayın, görün, nə yaratdı   o to-PLAN-tı?..
 
***
Ölkənin siyasi elitasının bir hissəsi, o biri hissəsinin məhləsində, "palatka” toyunda iştirak edib. Bir toyluq tanınmış, varlı adama dövlət cəriməni necə kəssin? Onun xırda məmuru "Gənclik"dəki kasıb doqquz mərtəbələrdən, varlılar məhləsinə adlaya bilmir qorxudan. Ombudsmana cərimə çekini kim, necə təqdim edəcəklər? Hələ Ramiz müəllimi demirəm!
 
Ədalətdən danışan bircə YAP yetkilisinə, Səyavuş müəllimə,  bundan sonra kim inanacaq?
 
Onlara bu cərimələri sənədli, subutlu təqdim edəcəklərmi?
 
Belə baxanda, adi, məişət zəminində olaydı, amma əməlli ictimai narazılıq yaradıb. Hər kəs birinci addımı kimin atacağını gözləyir.
 
Hər kəsi bir sual maraqlandırır. Bundan sonra dövlət hansı üzlə, kimi cərimələyəcək?
 
Kimə toy, vay, qadağası qoyacaq?
 
Gözün aydın, məmləkət. Başını yenə də iki daş arasına qoydular. Əslində bəlkə hər şeyi alt-üst eləməyin bundan gözəl variantı da yox idi. Sən yenə də döz, məmləkət, belədir də, nə deyə bilərik axı, acizik, nə qədər ağır söz olsa da o qədər həqiqətdir!..
 
***
 
...Niyəsə yadıma karantində qayda pozub, işləyən kafedə qab yuyan, "mişkalı" xalatlı, əli qabarlı, yağloça, bölməyə gətirilən, şəp-şüplü qadın düşdü. Əslində o həm də məmləkətin günündə idi, yazıq və yorğun...

21.08.2020.

OXŞAR XƏBƏRLƏR

Moskvada bu tarixdə spirtli içkilərin satışı dayandırılacaq

Rusiyanın paytaxtı Moskvada 9 May günü - Qələbə paradının keçirilməsi zamanı mərkəzdə spirtli içkilərin satışına məhdudiyyət qoyulacaq.   Sfera.az xə...

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialına müdir təyin edilib.   ...

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

AFFA İntizam Komitəsi üç futbolçunu cəzalandırıb.   Sfera.az xəbər verir ki, buna onların rəqib futbolçuları təhqir etməsi səbəb olub.   X...

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...