Tibbi maska qripin də qarşısını alırmı? - SN

Tibbi maska qripin də qarşısını alırmı? - SN
Keçən il qrip və respirator infeksiyaların rast gəlmə tezliyi digər illərlə müqayisədə daha az olub.

Sfera.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov cavablandıran zaman deyib.

Onun sözlərinə görə, insanların koronavirusa qarşı aldığı tədbirlər digər respirator xəstəliklərdən də qoruyub:

"Tibbi maskadan istifadə, dezinfeksiya tədbirləri digər respirator xəstəliklərin də geniş yayılmasının qarşısını alıb. Odur ki, düşünürük ki, insanların sağlamlıqlarının qeydinə qalması bu şəkildə davam edərsə, qarşıdakı illərdə də qrip və respirator virusların yayılmasında artım müşahidə edilməyəcək”.

OXŞAR XƏBƏRLƏR