Təzyiqi salmağa kömək edən ən yaxşı 8 məhsul

Təzyiqi salmağa kömək edən ən yaxşı 8 məhsul
 Alimlər təzyiqi normallaşdırmağa kömək edən ən yaxşı 8 məhsulun adını açıqlayıb.

1. Çuğundur şirəsi

Sfera.az bildirir ki,  çuğundurun tərkibində olan nitrat orqanizmdə azot oksidinə çevrilir. Azot oksidi damarları genişləndirir və bununla da təzyiqi salmağa yardım edir.

2. Sobada bişirilmiş kartof (yağsız və duzsuz)

Belə kartofun tərkibində kalium və maqnezium xüsusilə çoxdur. Bu 2 maddə ürəyin fəaliyyətini yaxşılaşdırır, təzyqi aşağı salmağa kömək edir.

3. Süd məhsulları

Bu məhsulların istehlakı orqanizmdə kalsiumun səviyyəsini qaldırır. Araşdırmalar göstərir ki, kalsiumun çatışmazlığı təzyiqin artmasına səbəb olur.

4. Yumurta

Çin alimləri sübut edib ki, yumurta ağının tərkibində olan xüsusi peptid orqanizmə kaptopril kimi təsir edir. (Kaptopril tanınmış təzyiq salan dərmandır).

5. Lobya

Lobyanın tərkibində olan maqnezium, kalsium və kalium təzyiqi normallaşdırmağa kömək edir.

6. Banan

Bu ən tanınmış təzyiq salan məhsuldur. Bunun səbəbi bananın kaliumla zəngin olmasıdır.

7. Nar və nar şirəsi

Böyük Britaniyada aparılmış bir araşdırmada yüksək təzyiqdən əziyyət çəkən insanlar hər gün 1 stəkan nar şirəsini içirdi.  2 həftədən sonra bu insanlarda təzyiqin aşağı düşməsi aşkar olunub.

8. Tünd şokolad

Antioksidantlarla zəngin olan tünd şokolad damarların elastikliyini artırır və bununla da təzyiqi aşağı salmağa kömək edir.
 
(saglamolun.az)

OXŞAR XƏBƏRLƏR

Koronavirusa qarşı yapon həkimdən METOD – Virus sizə yaxın gəlməyəcək

Bu resepti əslində yapon alimi 2015-ci ildə qrip epidemiyası zamanı tövsiyə etmişdi və bütün rus informasiya mənbələrində yayılmışdı. Koronavirusun da virus mən...

Niyə kivini səhər yeməyinə DAXİL ETMƏLİYİK?

 Çoxları bilmir ki, kividə C vitamini portağaldan iki qat yüksəkdir. Xoş rəng, xırtıldayan qara dənəciklər, şirəli, təravətli və turş ləti ağızda əriyir. T...

Azərbaycanlı həkimdən şad xəbər: Koronavirus yaxın vaxtlarda “yox” olacaq, — 1-2 ay...

Həkim professor Adil Qeybullanın sözlərinə görə, avqust ayında virusun zəifləməsi müşahidə olunacaq:   "Payız aylarının sonunda isə infeksiyanın ...

Bədəni daha güclü və sağlam edən MÜHÜM QAYDALAR

 Affirmasiya (lat. affirmatio - təsdiq etmə) - müəyyən qısa verbal ifadənin dəfələrlə təkrarlanması yolu ilə insanın təhtəlşüurunda tələb edilən obrazın, y...

Bu içkilər kökəlməyə yol açır

  İnsanda artıq çəkinin yaranmasına yol açan içkilərin adları açıqlanıb. Sfera.az xəbər verir ki,  mütəxəssislərin fikrincə, meyvə suları, kvas və q...

Ağrıkəsicidən 10 qat daha güclüdür - Bilmədiyimiz MÖCÜZƏ

 Dadına və rənginə vurulduğumuz gilas, sən demə ağrıkəsicilərdən 10 qat daha güclü imiş. Sfera.az xəbər verir ki, C vitamini sayəsində viruslara və b...