“Təxribatlara layiqli cavab vermək üçün...” - Polad Bülbüloğlundan Rusiya azərbaycanlılarına MÜRACİƏT - FOTO

“Təxribatlara layiqli cavab vermək üçün...” - Polad Bülbüloğlundan Rusiya azərbaycanlılarına MÜRACİƏT - FOTO
 Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Rusiyada yaşayan azərbaycanlılara müraciət edib.
 
Sfera.az xəbər verir ki, səfirliyin mətbuat xidməti tərəfindən yayılmış müraciətdə səfir bildirib:

"Azərbaycanın Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva bütün azərbaycanlılara müraciət edib, bu günlərdə öz səsini və Azərbaycan bayrağını qaldıran hər kəsə təşəkkür edib. Onun müraciəti baş verən vandalizm aktlarına görə ağrı, Azərbaycanı təmsil edənlərə qayğı, zorakılığın qəzəblə pislənməsi və ağıla çağırışla doludur.

Qadının, ananın, dövlət xadiminin bu müraciəti ilə diqqətlə tanış olmaq, sözlərinin mənasını dərindən öyrənmək xahişi ilə Rusiyada yaşayan soydaşlarımıza müraciət edirəm.

Mehriban xanım Əliyeva son hadisələrə siyasi qiymət verərək, qeyd edib ki, baş verənlər Ermənistanın təcavüzkar siyasətinin dinc Azərbaycan əhalisi üçün nə qədər ciddi təhlükə olduğunu və bu həqiqətin dünya birliyinə çatdırmağın bizim borcumuz olduğunu əyani şəkildə göstərir.

Müraciətdə qeyd edildiyi kimi, bu gün bizim əsas vəzifəmiz birləşmək və zorakılıq aktlarının ədalətli araşdırılmasını və günahkarların məsuliyyətə cəlb olunmasını tələb etməkdir. O, xüsusi ilə vurğulayıb ki, heç bir təxribat bizi həqiqət yolundan döndərməyə məcbur edə bilməz.

Təxribatlara layiqli cavab vermək üçün, eyni zamanda küçə döyüşlərinin səviyyəsinə düşməmək üçün biz bir yerdə olmalıyıq. Mübarizəmiz istisnasız olaraq qanun çərçivəsində aparılmalıdır.

Siz Rusiyada yaşayırsınız, çoxunuz bu Böyük ölkənin vətəndaşısınız. Sizdən xahiş edirəm ki, buradakı qanunlara və qaydalara riayət edin. Pandemiya şəraitində ədalətli mübarizəmiz üçün özünüzü qoruyun. Xoşagəlməz vəziyyətə düşməmək üçün qanunları pozmayın, ona görə ki, bizim sizinlə bir məqsədimiz var – bu, Vətəni müdafiə etmək, onun ərazi bütövlüyünü və tarixi həqiqətləri bərpa etməkdir.

Biz soydaşlarımızın vətənpərvər əhval-ruhiyyəsi ilə fəxr edirik. Ədalət bizim tərəfimizdədir və o, mütləq zəfər çalacaq!!!

Mən Sizinləyəm!”

OXŞAR XƏBƏRLƏR

Elnur Allahverdiyev seçicilərinə hesabat verdi - FOTO

 Milli Məclisin 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev seçiciləri...

Ceyhun Bayramov Aİ rəsmisini Ermənistanın təxribatı barədə məlumatlandırıb - FOTO

 Xarici İşlər nazir Ceyhun Bayramov Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskası qəbul edib. Bu barədə Sfera.az-a Xarici İşlər ...

Çinin aparıcı həkimləri Azərbaycana gəldi - FOTO

 "Azərbaycan Hava Yolları” (AZAL) avqustun 4-də Çindən bir qrup həkim və tibbi ləvazimatdan ibarət yükü Bakıya çatdırıb.  Şirkətdən Sfera.az-a v...

Prezident Qobustanda modul tipli xəstəxananın açılışında - FOTO

 İyulun 29-da Qobustanda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın açılışı olub. Sfera.az xəbər verir ki, Azər...

Ermənistanın İraqdakı səfirinin yalanları ifşa edilib

 Ermənilərin İraqdakı təxribatının qarşısı Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən alınıb. Sfera.az xəbər verir ki, iyulun 18-də Azərbaycanın s...

Belarusda yaşayan soydaşlarımız Azərbaycan Ordusuna dəstək aksiyası keçiriblər - FOTO

 Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə ağır artilleriyadan hücum...