Texnomart Mağazalar Şəbəkəsindən pandemiya dövrü və Ramazan ayında nümunəvi addım

Texnomart Mağazalar Şəbəkəsindən pandemiya dövrü və Ramazan ayında nümunəvi addım

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu bu günlərdə Texnomart Mağazalar Şəbəkəsi öz sosial məsuliyyət addımı ilə xalqımızın yanında olduğunu bir daha nümayiş etdirdi.


Bu ay həm də İslam dininin ən müqəddəs ayı-sosial dayanışma, yardımlaşmanın yüksəklərdə tutulduğu 11 ayın sultanı olan Ramazan ayıdır. Bu müqəddəs ayda Bakı, Gəncə, Sumqayıt, Xırdalan, Quba, Xaçmaz, Tovuz, Qazax, Lənkəran, Şirvan, Mingəçevir, Bərdə, Masallı, Zaqatala, Ismayıllı, Ağdaş, Ucar, Göyçay, Şəki, Şamaxı, Ağcəbədi, İmişli və Şəmkir şəhərlərində yaşayan yüzlərlə aztəminatlı və ehtiyaclı ailələr, əsasən də tənha yaşayan ağsaqqal və ağbirçəklərimiz Texnomart əməkdaşları tərəfindən xüsusi qayğıkeşliklə ziyarət edildi.

 

İçində olduğumuz Pandemiya şəraitinin ümumdünya və respublika iqtisdaiyyatında yaratdığı durğunluq və çətinlik cəmiyyətimizin hər sosial qrupunda ciddi şəkildə hiss olunmaqdadır. Həm Dövlətimizin yeritdiyi sosial yardımlaşma layihlərinə dəstək olmaq, həm də xalqımızın yanında olmaq Texnomart Mağazalar Şəbəkəsi üçün hər zaman qürur mənbəyidir.

 

Texnomart Mağazalar Şəbəkəsi sosial məsuliyyət layihələrinə xusisi önəm verməyə və hər zaman xalqımızın yanında olmağa davam edəcəkdir. Ümummilli birlik sloqanımıza çevrilən ifadəmiz kimi, həqiqətən də Biz Birlikdə Güclüyük!








OXŞAR XƏBƏRLƏR