“Tesla” illik elektromobil istehsalını 20 milyon ədədə çatdırmaq istəyir

“Tesla” illik elektromobil istehsalını 20 milyon ədədə çatdırmaq istəyir
ABŞ-ın elektromobil istehsalçısı "Tesla” şirkəti 2030-cu ilə kimi hər il 20 milyon ədəd elektromobil istehsal etmək və yeni bazarlara çıxmaq niyyətindədir.

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, bunu şirkətin direktorlar şurasının sədri Robin Denxolm deyib.

Xatırladaq ki, 2020-ci ildə "Tesla” 509,7 min elektromobil istehsal edib. Onlardan 454,9 min ədədi yeni seriya elektromobillər olan "Model 3” sedanları və "Model Y” krossoverlərinin payına düşüb. İstehsal olunan 54,8 min avtomobil isə daha əvvəlki seriyalardan olan "Model S” sedanları və "Model X” krossoverləridir.

Bu ilin yanvar-sentyabr aylarında isə "Tesla” 2021-ci il üçün hdədəf kimi müəyyən olunan 500 min həddini keçərək 627 min elektomobil istehsal edib.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR