Terrorda əli olan Qarabağ erməniləri – İşğaldan sonra onları nə gözləyir?

Terrorda əli olan Qarabağ erməniləri – İşğaldan sonra onları nə gözləyir?

 

"Onlar bütün hallarda məsuliyyətə cəlb olunacaqlar”.


Sfera.az-a açıqlamasında bu sözləri torpaqlarımız düşmən tapdağından azad edildikdən sonra Dağlıq Qarabağda yaşayan, ancaq müharibə cinayətləri və terror aktı törədən erməni əsilli Azərbaycan vətəndaşlarına qarşı münasibətin necə olacağı barədə sualı cavablandırarkən Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.


Hüquqşünas qeyd edib ki, kimsə Azərbaycana qarşı müharibədə iştirak edibsə, birmənalı olaraq cəzalandırılacaq, məsuliyyətə cəlb ediləcək:


 


"Cinayət törədənlərə qarşı münasibətdə bunun başqa alternativi yoxdur. Azərbaycan ərazisində qanunsuz silahlı fəaliyyət göstərən, terrora yol verən hər bir şəxs, onun əməli müəyyənləşdiriləcəksə, mütləq mənada məsuliyyətə cəlb olunacaq. Bu bütün dünyada belədir. Müharibə cinayətlərinə görə onu törədənlər cavab verməlidir”.


Ə. Nuriyev bildirdi ki, müharibə cinayətlərinə görə məsuliyyət müddətin nə qədər keçməsindən asılı olmayaraq qüvvədədir:

 

"Cinayət qanunvericiliyində bəzi normalar var ki, ona görə bəzi cinayətlərlə bağlı müəyyən müddət keçəndən sonra həmin işlə bağlı cinayət məsuliyyəti bitir. Amma müharibə və bəşəriyyət əleyhinə olan cinayətlərdə belə bir müddət yoxdur. Bu cinayəti törədənlər hər zaman, hətta üstündən 50-60 il keçəndən sonra da məsuliyyətə cəlb olunacaq. Bu ümumiyyətlə qanunvericiliyin tələbidir”.

 

"Cinayətkarın erməni və yaxud türk olması heç nəyi dəyişməz”.



Bunu isə sayta açıqlamasında hüquqşünas Ələsgər Əhmədoğlu deyib:

 

"İstənilən Azərbaycan vətəndaşı cinayət törədəndə hansı nəticə ilə qarşılaşırsa bu halda da belə olacaq. Cinayətkarın etnik mənsubiyyətindən asılı olamayaraq nəticə dəyişmir. Bu məsuliyyət burada yaşayanlara da, daha öncə orada olub hansısa səviyyədə prosesdə iştirak edənlərə də aiddir. Bu məsələdə hansısa bir diskriminativ qorunma mexanizmi ola bilməz.

 

Konstitusiyanın 25-ci maddəsində deyilir ki, hər kəs qanun qarşısında bərabərdir. Hər kəs deyəndə, cinayətkar Cinayət Məcəlləsinə görə yarğılanmalı, mühakimə olunmalı, məsumdursa azad şəkildə həyatını sürməlidir. Bu zaman cinayətkarın erməni və yaxud türk olması heç nəyi dəyişməz. Qanunda bu hadisələrdən sonra erməni millətindən olduğuna görə cinayətkarları əfv etmək kimi müddəa yoxdur. Qanun bunu nəzərdə tutmur”.

 

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...