Terroçu qadından şok etiraf:”Bizi hər gün zorlayırdılar”
19:45 / 04.01.2019
2912
Türkiyənin Təhlükəsizlik Qüvvələrinə təslim olan PKK terror təşkilatının qadın üzvləri tükürpədən etiraflar ediblər.
Sfera.az xəbər verir ki, terror təşkilatının üzvü olan bu qadınlar hər gün təcavüzə məruz qaldıqlarını bildiriblər. H.A. kod adlı terrorçu mağarada donmamaq üçün bir-birilərin qısılaraq yatdıqlarını və bu əsnada komanda liderinin yaralı qadına təcavüz etdiyini deyib. "Onun təcavüzünə qarşı belə çıxa bilmədim. Durumu qəbul etməkdən başqa şansım yox idi. Təşkilatda qadınların satılmış kölə kimidir və liderlər onları istədikləri kimi istifadə edirlər. Onlar özlərinə dəstək tapa bilmək üçün gənc qızlara "bacılarımız" deyə xitab edir, bu isə əslində yerli xalqı aldatmaq üçündür", təşkilatdan qaçan terrorçu qadın bildirib.