No Image
No Image

Ötən gün yol qəzalarında üç nəfər öldü

Ötən gün yol qəzalarında üç nəfər öldü
Daxili İşlər Nazirliyi (DİN) ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

DİN-in mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 27 cinayətin üstü "isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 22 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16 fakt müəyyən edilib.

Ötən gün respublikanın avtomobil yollarında üç yol-nəqliyyat hadisəsi baş verib, üç nəfər ölüb.

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR