Tələbin artması fonunda neft qiymətləri bir qədər yüksəlib

Tələbin artması fonunda neft qiymətləri bir qədər yüksəlib
Bərpa olunan iqtisadiyyatların xammala olan tələbatının artması ilə əlaqədar olaraq dünya bazarlarında neftin qiyməti cüzi artıb.

Sfera.az "Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 8.53-ə olan məlumata görə, Şimal dənizində hasil olunan "Brent” neftinin avqust fyuçersləri 0,09 % bahalaşaraq, 1 bareli 75,26 ABŞ dollarına satılıb. WTI neftinin avqust fyuçerslərinin qiyməti 0,12 % artaraq, 1 bareli 73,17 ABŞ dolları təşkil edib.

Bazardakı vəziyyət neft qiymətləri üçün müsbət olaraq qalmaqdadır. Bütün dünya üzrə COVID-19-a qarşı vaksinləmə kampaniyasının aparılması iqtisadi bərpanı sürətləndirib. Bu isə yanacağa olan tələbin artmasına və onun ehtiyatlarının azalmasına səbəb olur. ABŞ-ın Energetika Nazirliyi ötən həftə ərzində ölkədə neft ehtiyatlarının 7,6 milyon barel azalaraq 459,1 milyon barelə düşdüyünü açıqlayıb. Analitiklər ehtiyatların cəmi 3,9 milyon barel azalacağını güman edirdilər.

"OPEK+”in iclası da investorların diqqət mərkəzindədir. Məhz həmin iclasda sövdələşmənin gələcək şərtləri müəyyən ediləcək. Mətbuat avqust ayı üçün hasilat limitinə əlavə artımın planlaşdırıldığını xəbər verir.

OXŞAR XƏBƏRLƏR