Tələbəsinin ətəyini qaldırıb yanına şillə vurduğunu açıqlayan Cəlal Şəngörə nazirdən kəskin REAKSİYA

Tələbəsinin ətəyini qaldırıb yanına şillə vurduğunu açıqlayan Cəlal Şəngörə nazirdən kəskin REAKSİYA
Türkiyənin tanınmış geoloq-alimi Cəlal Şəngörün son açıqlaması ciddi səs-küy yaradıb.
 
Sfera.az bildirir ki, Şəngör ötən gün canlı yayımların birində onu əsəbiləşdirən tələbəsinin ətəyini qaldırıb yanına şillə vurduğunu deyib. 

"O qədər əsəbləşdirdi ki, Saniyənin ətəyini qaldırıb, yanına bir şillə vurdum. Qız dəhşətə düşdü”, – deyə alim qeyd edib. Onun çıxışı qısa zaman ərzində sosial şəbəkələrdə qınaq obyektinə çevrilib.

Belə ki, ilk reaksiyalardan biri Türkiyənin ailə və sosial xidmətlər naziri Derya Yanıkdan gəlib. O, rəsmi Tvitter hesabından paylaşım edərək Şəngörün açıqlamasını kəskin tənqid edib: 

"Qadına qarşı şiddətin və təcavüzün tək növü yoxdur. Şəxsin hadisəni gülərək danışması da təcavüz faktını yüngülləşdirmir. Bununla yanaşı, biz tələbə üzərindəki hökmranlıqdan da ayrıca danışacağıq. Bu cür düşüncələrlə mübarizə etməyə davam edəcəyik”.

Məşhur komediya aktyoru Şahan Gökbakar da alimin açıqlamasına sərt münasibət göstərənlərdən biri olub. O, sosial şəbəkə hesabında məsələyə münasibət bildirərkən sözügedən hadisəni cinsi istismar adlandırıb.

"Bunu dünyanın hansı ölkəsində etsəniz, haqqınızda cinsi təcavüz iddiası ilə dava açılar. Bir qız atası olaraq da professorun bu açıqlaması məni təəccübləndirdi. Atalar heç zaman qız uşaqlarının ətəyini qaldırıb şillə vurmaz”, - deyə Gökbahar fikirlərini tamamlayıb.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

Mövsümlə əlaqədar olaraq bazarlarda meyvələrin çeşidində çoxalma hiss olunur.   Bəs bu məhsulların hansılarında bahalaşma və ucuzlaşma hiss olun...

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

"Əslində tibbi arayışın elektronlaşması elektron səhiyyənin bir tərkib hissəsidir”.    Sfera.az xəbər verir ki, bunu Qaynarinfo-ya aç...

Rusiyadan miqrantlarla bağlı açıqlama

Ümid edirik ki, Mərkəzi Asiya ölkələri vətəndaşlarını Rusiyaya işləmək üçün göndərəndə onlara bütün hüquqi normalara riayət etməli olduqları barədə məlumat verə...

Madonna övladlığa götürdüyü uşaqları səhnəyə çıxardı - FOTOLAR

65 yaşlı amerikalı müğənni Madonna dörd övladını səhnəyə çıxarıb. Pop Diva şəkillərini İnstaqramda paylaşıb.   Sfera.az bildirir ki, ümumilikdə Madon...

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

Ermənistanın illik qaz istehlakı, təqribən, 2,7-2,8 mlrd. m3-dir. 2023-cü ildə Rusiya Ermənistana 2,44 mlrd. m3 qaz satıb, yəni, Ermənistanın təqribən 85% qaz t...