Tələbə qızlar suşidən yox, bu qidadan zəhərləniblər? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ötən gün Bakı Dövlət Universietinin 2 saylı yataqxanasında universitetin tələbələri - 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə və İbadova Həmidə qidadan zəhərlənib. Həmidə ilə Dilrubə Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, Şəkər hadisə yerində keçinib.
Sfera.az xəbər verir ki, qafqazinfo-ya açıqlama verən Dilrubə Quliyevanın bacısı Firuzə Quliyeva hadisənin bəzi təfərrüatlarını açıqlayıb. O, əvvəlcə bəzi KİV-də, eləcə də sosial şəbəkələrdə qızların suşidən zəhərlənməsi barədə yayılan xəbəri təkzib edib:
"Qızlar suşidən zəhərlənməyiblər. Bacım həmin axşam anamla telefonda danışanda yemək bişirirdilər. Tam dəqiq bilməsək də, deyilənə görə, kartof qızartması, xiyar turşusu və mandarin yeyiblər".
Bacısının sözlərinə görə, Dilrubə yataqxanada davamlı olaraq qalmırdı.