Tələbə olmaq istəyənlərə şad xəbər - Gələn ildən təhsil haqqları aşağı enəcək

Tələbə olmaq istəyənlərə şad xəbər - Gələn ildən təhsil haqqları aşağı enəcək
 

Xəbər verdiyimiz kimi, sentyabrın 1-dən dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində fizika, biologiya, kimya, kimya və biologiya müəllimliyi ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərci 29 faizə qədər artırılıb. 

Bəs bunun təhsil haqqlarına təsiri olacaqmı?

Sfera.az bildirir ki, bununla bağlı "Yeni Sabah”a danışan təhsil eksperti Kamran Əsədov deyib ki, təhsil haqqlarının aşağı düşməsi gözləniləndir:

"Burada dövlət tərəfindən bir şəxsin oxuması üçün çəkilən xərclərdən söhbət gedir. Məsələ ondan ibarətdir ki, bir şəxsin oxuması üçün çəkilən vəsait, ümumilikdə onun təhsil haqqını müəyyən etmir, universitetlərin də öz xərcləri var. Onlar həmin xərcləri təhsil haqqlarının üzərinə əlavə edirlər. Elə ixtisaslar var ki, 5-8 min manata başa gəlir. Xüsusən də rəsm, heykəltaraşlıq kimi ixtisaslar ən bahalı olanlardır. Ona görə də təhsil xərclərinin artırılması olduqca müsbət addımdır. Biz növbəti ildən təhsil haqqlarının enməsini müşahidə edə bilərik. Çünki artıq Nazirlər Kabineti tərəfindən bir şəxsin təhsil alması üçün xərclər ortaya qoyuldu. Normalda "Abituriyent 4” jurnalında 4000 azn, 3000 azn, 3500 azn, 2500 azn olan ixtisasların maliyyələşməsi üçün çəkilən xərclər 1600-1800 manatdır. Deməli, buradan kifayət qədər böyük gəlir götürülür. Ona görə də deyə bilərəm ki, gələn il bir çox ixtisaslarda təhsil haqqlarının aşağı düşməsi gözləniləndir”.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...