"Təki istəyim odur ki, desinlər oğlun sağdır" - Bayramın anası danışdı

"Mən Bayramın yolunu bir il də gözləyərəm təki desinlər ki, balam sağdır. Mən onun azyaşlı oğlunu və həyat yoldaşını sakitləşdirə bilmirəm. Hamımız pərişanıq".

Sfera.az xəbər verir ki, bu sözləri açıqlamasında erməni əsirliyində olan Kərimov Bayramın anası Kərimova Zülfiyyə deyib.

O bildirib ki, Bayram müharibəyə könüllü gedib: Bayram mənim ilk övladımdır. Ondan başqa bir oğlum və qızım var. O biri oğlum da cəbhədədir. 

Bayram II Qarabağ müharibəsi başlayan kimi könüllü olaraq orduya getdi. Sonuncu dəfə noyabrın 6-sı danışdı bizimlə. Bizə bildirdi ki, Şuşaya gedirlər və bundan sonra əlaqə yaratmaq çətin ola bilər. 

Zülfiyyə Kərimova deyib ki, Bayramın övladı atasının yolunu gözləyir: Oğlu atasının şəklinə baxıb "atam gələcək" deyərək ağlayır. Nə onu, nə də Bayramın həyat yoldaşını sakitləşdirə bilmirik.

Zülfiyyə ana bir daha Qırmızı Xaç Komitəsinə müraciət edib: "Balamı sağ-salamat qaytarıb versinlər. Balamın heç olmasa bir səsini və ya görüntüsünü versinlər. Şəklin göstərsinlər və desinlər ki, balam sağ-salamatdır. Eybi yox mən 1 il də gözləyərəm. Təki bilim ki, balam salamatdır və onu verəcəklər bizə.///Azxeber.com

OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov Lavrovla Qarabağdan danışdı

Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub. Sfera.az xəbər verir ki, b...

ANAMA və DİN-dən əhaliyə təhlükə xəbərdarlığı - VİDEO

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) və Daxili İşlər Nazirliyi (DİN) bir daha sakinləri naməlum və şübhəli ə...

Hərbçilərimiz qızıl tozu ilə dolu anbar tapdı - VİDEO

Azərbaycan hərbçiləri Kəlbəcərdə qızıl tozu ilə dolu anbar aşkar ediblər. Sfera.az xəbər verir ki, anbar Kəlbəcər rayonundakı Söyüdlü qızıl yatağında yerl...

Nazirlər Kabinetindən yeni qərar

Nazirlər Kabineti "Tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsi və ya tibbi xidmətlərin xidmətlər zərfindən çıxarılması meyarları və qaydası”nı təsdiq edi...

Ombudsmanın nümayəndələri məhbuslara baş çəkiblər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Ədliyyə N...

Hərbi qənimətlər Bakıda - FOTO

Erməni işğalçılarının tərk edərək qaçdığı və Ordumuzun qənimət kimi götürdüyü hərbi texnikalar artıq paytaxt Bakıya gətirilib. Sfera.az xəbər verirki, bun...