Bu FOTOyla məşhurlaşan kənd müəllimi nazirliyə dəvət olundu
Sosial şəbəkədə yayılan foto ilə məşhurlaşan Yardımlı rayonu Dəlləkli kənd orta məktəbinin müəllimi Nəcəf Məhərrəmov bu gün Təhsil Nazirliyində olub.
Sfera.az ölkə.az-a istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məlumat yayıb. Onun sözlərinə görə müəllimi Təhsil nazirinin müşaviri Elnur Məmmədov qəbul edib.
Xatırladaq ki, Dəlləkli kəndin ümumi orta məktəbində çalışan ibtidai sinif müəllimi Nəcəf Məhərrəmovun qar yağdığına görə şagirdlərini özü məktəbə apararkən fotosu yayılmışdı. O şagirdlərindən öndə gedərək onlara yol açıb və uşaqları məktəbə aparıb.
Hətta şagirdlərinin çantasını da daşıyaraq onlara yardımçı olub. Qısa müddət ərzində şəkil sosial şəbəkə də yayılıb və görənlərin rəğbətini qazanıb.