Bakıda yeni tələbə şəhərciyi istifadəyə verilib

Bakıda yeni tələbə şəhərciyi istifadəyə verilib
 

"Azərbaycan Neft və Sənaye Universitetinin yataqxanasının yerində ötən il ərzində inşa edilən yeni yataqxana artıq istifadəyə verilib".

Sfera.az bildirir ki,  bunu Təhsil naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, "Univerium" tələbə şəhərciyində tələbələr üçün ən müasir standartlara cavab verən şərait yaradılıb: "Orada tələbələrin asudə vaxtlarını yaxşı keçirmələri, müxtəlif müzakirələr aparmaları, dərs oxumaları, eyni zamanda idmanla məşğul olmaları üçün bütün şərait yaradılıb. Xüsusi qeyd edim ki, bu yataqxananın tikintisinə dövlət vəsaiti sərf edilməyib. Yataqxana tikintisi dövlət-özəl sektor partnyorluğu əsasında həyata keçirən layihədir".

Nazir bildirib ki, ali təhsil müəssisələrində tələbələr üçün yataqxana imkanlarının genişləndirilməsi hər zaman qarşıda duran prioritet istiqamətlərdəndir: "Bu istiqamətdə bir sıra işlər həyata keçirilir. Gəncə Dövlət Universitetinin böyük yataqxana kampusunda məcburi köçkünlər məskunlaşmışdı. Həmin məcburi köçkünlər yeni tikilmiş şəhərciyə köçürüləndən sonra orada yenidənqurma, təmir işləri həyata keçirilməyə başlayıb. Bir neçə aydan sonra çox böyük korpusdan ibarət yataqxana Gəncə Dövlət Universitetinin tələbələrinin ixtiyarına veriləcək. Digər bir sıra universitetlərdə də yaxın zamanlarda oxşar layihənin həyata keçirilməsi nəzərdə tutulub". (report)


OXŞAR XƏBƏRLƏR