Məktəb direktorlarının yerdəyişməsi nəyə hesablanıb?

Məktəb direktorlarının yerdəyişməsi nəyə hesablanıb?
 

Məlum olduğu kimi təhsil naziri Ceyhun Bayramovun əmri ilə S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının direktoru olan Xuraman Osmanova Təhsil nazirinin əmri ilə Bakının 238 saylı orta məktəbinin direktoru təyin edilib. 238 saylı məktəbin direktoru İlqar Talıbov isə müvafiq əmrlə S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının direktoru olub.

Sfera.az xatırladır ki, müəyyən zaman kəsiyində bir təhsil müəssisəsinə rəhbərlik etmiş şəxslər rotasiya qaydası ilə digər təhsil ocağına təyinat alırlar. Elə son yerdəyişmə də növbəti prosedur tələbi kimi nəzərdən keçirilməli, ölkə təhsilinin inkişafına hesablanmış addımlardan biri kimi qeyd edilməlidir.

 

Bildirək ki, adıçəkilən hər iki məktəb direktoru təhsil ictimaiyyətinə yaxşı tanışdır və onlar bacarıqlı pedoqoq və rəhbər kimi özlərini çoxdan təsdiqləyiblər. Bu yerdəyişmə isə təhsil müəssisələrinin idarəçiliyinə və ümumi inkişafa töhfə verəcək addım olmaqla yanaşı məktəb direktorlarına növbəti yüksək etimaddır.

Qeyd edək ki, Xuraman Osmanova keçmiş deputat Ceyhun Osmanlının anasıdır.

 


OXŞAR XƏBƏRLƏR

Qardaş Türkiyə rəhbərliyini alqışlayırıq - Azərbaycan XİN

Azərbaycan Xarici İşlər Nazirliyi PKK terror təşkilatının özünü ləğv etməsi barədə bəyanat yayıb.   Sfera.az xəbər verir ki, bu barədə qurumun &...

"Sumqayıt" Vaqif Cavadovla yollarını ayırdı

"Sumqayıt" baş məşqçisi Vaqif Cavadovla yollarını ayırıb.   "Gənclik şəhəri" təmsilçisindən Sfera.az-a verilən məlumata görə...

İkardi "dəli olacaq" - "Qalatasaray"dan Vandaya gözlənilməz sürpriz - FOTO

Türkiyənin məşhur futbol klubu "Galatasaray" uzun müddətdir zədə səbəbilə komandadan ayrı olan ulduz futbolçusu İcardinin keçmiş həyat yoldaşı Va...

Qadını ilk görüşdə fəth edən 4 nadir kişi keyfiyyəti

Bu xarakter xüsusiyyətləri qadınları yalnız cəlb etmir, həm də dərin və davamlı cazibə yaradır. Onlar kişini qadın üçün dayanılmaz edən gizli sirrlərdir. Cəmiyy...

Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…

Bu il aprel ayında və mayın əvvəlində Azərbaycanda müşahidə olunan intensiv və davamlı yağıntılar əvvəlki iqlim göstəriciləri ilə müqayisədə fərqlilik yaradıb. ...

Abituriyentlər belə aldadılır - DİM açıqlama

Son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, İnstaqram, Tiktok və xüsusilə Teleramda saxta hesablar vasitəsilə ödəniş müqabilində universitetlərdə kə...