"Təhsil nazirliyi ləğv edilməlidir!"

"İldə 2 milyarddan çox büdcə havaya sovrulur. Ümumiyyətlə Təhsil nazirliyi ləğv olunmalıdır və bütün səlahiyyətlər DİM-ə verilməlidir. Təhsil nazirliyi hazırda təhsilin inkişafına kömək etmir, ancaq maneələr yaradır".

Bu sözləri təhsil eksperti Kamran Əsədov "Facebook" hesabında yazıb.

Məsələ ilə bağlı saytımıza açıqlama verən ekspert bildirib ki, hazırda Dövlət İmtahan Mərkəzi dərslikləri monitorinq edir və peşəkar səviyyədə müəllim hazırlığını həyata keçirir: "Bu gün ölkədə sayılıb seçilən müəllimlər DİM-in seminar və konfransları sayəsində, qəbul və buraxılış imtahanlarının nəticəsində yetişib. Məktəblər onsuz da özü-özünü idarə edir. Təhsil nazirliyi tərəfindən məktəblərin idarə edilməsi, orda hansısa bir məsələni həll etmək kimi fəaliyyət yoxdur. Amma DİM-in uzun müddətli təhsil təcrübəsi var. Hətta onların təhsilin bütün pillələri barədə məlumatları, təhlilləri var. Təhsil nazirliyi məktəblərdə təhsilin inkişafı üçün, vətəndaş müraciətinin baxılması üçün heç bir iş görmür".open.az

OXŞAR XƏBƏRLƏR