\"Hyundai Azərbaycan\"dan uşaqlar üçün “Yol Hərəkəti Qaydaları” məlumat kitabı
14:22 / 17.01.2019
4345
"Hyundai Azərbaycan”ın KSM layihəsi çərçivəsində uşaqlar üçün "Yol Hərəkəti Qaydaları” məlumat kitabı dərc edilib.
Hyundai avtomobillərinin rəsmi distribyutoru "AUTO Azərbaycan” şirkəti və "Ağıllı Bala” yayınlarının birlikdə hazırladığı "Yol Hərəkəti Qaydaları” uşaqlar üçün məlumat kitabı Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinin icazəsi ilə çap edilmişdir. Kitabça "Gələcəyimiz üçün əl-əl” KSM layihəsi çərçivəsində, uşaqların yol hərəkəti qaydalarını əyləncəli bir şəkildə mənisməməsi məqsədilə hazırlanmışdır.
Kitabça, "AUTO Azərbaycan” şirkət nümayəndələri, Bakı Şəhər Baş Dövlət Yol Polisidarəsindən Palkovnik Vaqif Əsədov, Xəzər rayon Polis idarəsinin əməkdaşları və Daxili İşlər Nazirliyinin çəkiliş qrupunun iştirakı ilə 183 saylı orta məktəbdə təqdim olunmuşdur.
2010-cu ildən Azərbaycanda keçirilən, "Sən də varsan”, "Ailəsini qəzada itirmiş uşaqlara yardım”, "Yaşıl ofis”, "Zolağı pozma”, və s. müxtəlif korporativ sosial məsuliyyət lahiyələrini özündə birləşdirən "Hyundai Azərbaycan”-ın "Gələcəyimiz üçün əl-ələ” layihəsi "Hyundai”-ın beynəlxalq miqyasda həyata keçirdiyi korporativ sosial məsuliyyət proqramının bir hissəsisir.