İbtidai siniflər üçün dərslər saat 10.00-11.00-da başlamalıdır- Deputat

İbtidai siniflər üçün dərslər saat 10.00-11.00-da başlamalıdır- Deputat
"Təhsil Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) bu məsələni diqqətdə saxlamalıdır”.

Sfera.az-a açıqlamasında bu sözləri paytaxtın orta məktəblərində dərslərin daha tez başlaması, xüsusən də ibtidai sinif uşaqlarının bundan əziyyət çəkmələrinə münasibət bildirərkən Milli Məclisin deputatı Musa Quliyev deyib.Deputat orta məktəblərdə bütün dərslərin eyni vaxtda başlanmasına ehtiyac olmadığını deməklə yanaşı, bu əsasda ibtidai siniflər üçün dərs saatının daha gec başlamasını məqsədəmüvafiq hesab etdi:
 
"Bu məsələ əvvəlki illərdə bir neçə dəfə Milli Məclisdə də qaldırılıb. Onun tərəfindəyəm ki, xüsusən də Bakı şəhərində orta məktəblərdə bütün dərslərin eyni vaxtda başlamasına heç bir zərurət yoxdur. Əksinə, belə vəziyyət bir sıra problemlər yaradır. O cümlədən, nəqliyyatın hərəkəti çətinləşir, tıxaclar yaranır, habelə məktəblərin qarşısında avtomobillər toplanır. Bu mənada ibtidai sinif şagirdlərinin daha tezdən məktəbə getmələrinə də heç bir lüzum yoxdur. Bakıda bu gün ikili növbədə işləyən məktəblərin sayı minimuma enib, əksəriyyəti bir növbədə işləyir. Ona görə də yaxşı olar ki, ibtidai sinif şagirdlərinin dərsi səhər saat 8.00-da deyil, daha gec başlasın. Onlar üçün dərslər səhər saat 10.00-da, 11.00-da başlaya bilər, hətta günortadan sonraya da salına bilər. Məktəblərdə dərs vaxtının qrafiki də müxtəlif olmalıdır, birində dərslər 8.00-da başladığı halda, digərində 9.00-da başlaya bilər. Belə olarsa, uşaqlar məktəbə getmək üçün günün müxtəlif vaxtlarında çıxmalı olacaqlar. Nəticədə bir tərəfdən nəqliyyatda sıxlıq olmayacaq. Digər tərəfdən həm uşaqlar, həm də müəllimlər öz gün rejimlərini daha səmərəli şəkildə bölmək imkanı əldə edəcəklər. Hesab edirəm ki, Təhsil Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti bu məsələləri diqqətdə saxlasa yaxşıdır”.
 
Təhsil eksperti Məhərrəm Zülfüqarlı da sayta açıqlamasında bildirdi ki, səhər tezdən körpə uşaqların dərsə getməsinin şahidi olarkən ürək ağrısı keçirir:
 
"İbtidai siniflər üçün dərs saatının bir qədər gec başlamasını daha məqbul hesab edirəm. Dərslərin tezdən başlanması uşağa heç də yaxşı təsir göstərmir. Bunun özü və dərs yükünün ağırlığı təhsli prosesinə mənfi təsir edir. Bir müddət əvvəl dərs saatlarının müxtəlif vaxtlarda başlanılması ilə bağlı təklif verildi ki, bu hal şəhərdə tıxacın da qarşısını alsın. Şəxsən körpə uşaqların səhər tezdən dərsə getdiyini görəndə ürəyim ağlayır. Ona görə də nazirlik məsələyə yenidən baxmalıdır. Orta məktəblərin ibtidai sinifləri üçün yeni dərs cədvəli müəyyən etməlidir”.
 
Qeyd edək ki, Azərbaycanda orta məktəblərdə dərslər səhər tezdən başlayır. Əksər məktəblərdə ilk zəng səhər saat 8.00-da vurulur. Bu hal həmçinin orta məktəbin ibtidai siniflərinə də şamildir. Halbuki, bir sıra ekspertlərin fikrinə görə, körpə uşaqların səhər tezdən duraraq məktəbə yollanmaları heç də yaxşı hal deyil. Əksinə, bu vəziyyət uşaqların normal istirahət etməsinə maneəçilik yaradır. Bu fonda da təkliflər səslənir ki, ibtidai siniflər üçün dərslər daha gec başlasın.
 
ELÇİN

OXŞAR XƏBƏRLƏR

Bu kəndə köçənə hökumət 20 min dollar, hər uşağa görə bonus verir

İsveçrə Alp dağlarında yerləşən Albinen kəndi insanların köçürülməsi üçün maddi həvəsləndirmə proqramına başlayıb və yeni sakinlərə əhəmiyyətli ödənişlər təklif...

Yaşlıqadının öldüyü elan edildi, gözlənilmədən “dirildi”

88 yaşlı qadının öldüyü elan edilsə də, o, dəfn olunmağa hazırlaşarkən gözlənilmədən “dirilib”. Hadisə Çexiyanın Pilsen şəhərində baş verib. Sf...

10 saniyəlik gecikmə səbəbindən təyyarə yerə enə bilməyib

On saniyəlik gecikmə Mayorkadan Münhenə normal iki saatlıq uçuşu Almaniya boyunca 12 saatlıq səyahətə çevirib. 221 sərnişin üçün bu, əsl macəra olub.  &...

Turistik bölgələrdə elektrik qarışqaları aşkar edildi: Təhlükəsi nədir?

İspaniyanın Tenerifedəki Los Cristianos şəhərində, qolf kompleksində Təbii Məhsullar və Aqrobiologiya İnstitutunun entomoloqları dünyada ən invaziv qarışqa növl...

Azərbaycanda müəllim bıçaqlandı

Ağdamda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az bildirir ki, hadisə ötən gün rayonun Zəngişalı kəndində qeydə alınıb. Kənd sakini 1984-cü il t...

Mask: Mən olmasaydım, Tramp seçkilərdə uduzardı

İlon Mask ABŞ-ın hazırkı prezidenti Donald Trampın əleyhinə sərt çıxış edərək bildirib ki, onun dəstəyi olmasaydı Tramp seçkilərdə qalib gələ bilməzdi.  ...