Bakcell məktəbliləri “İnternetdən təhlükəsiz istifadə” ilə tanış edir - FOTO
16:52 / 07.01.2019
3121
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell, Azərbaycanın ilk FTTH provayderi olan ENGİNET şirkəti ilə birlikdə məktəblilər üçün İnternetdən təhlükəsiz istifadə üzrə maarifləndirmə tədbirlərini davam etdirir.
Sfera.az xəbər verir ki, "İnternetdən təhlükəsiz istifadə” metodlarına dair növbəti maarifləndirici təlim Respublika İncəsənət Gimnaziyasının şagirdləri üçün təşkil edilib. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə icra olunan "Təhlükəsiz İnternet” layihəsi çərçivəsində təşkil olunan təlimdə Gimnaziyanın ibtidai sinif şagirdləri, valideyn və pedaqoji heyəti iştirak edib. Görüş zamanı şagirdlərə təhsilin inkişafında faydalı resurs mənbəyi olan internet mühitindəki zərərli məzmunlar barədə məlumat verilərək internetdən təhlükəsiz istifadəyə dair qaydalar izah olunub. Həmçinin şagirdlərə "Bakcell” və "ENGİNET” şirkətlərinin birgə hazırladıqları "Təhlükəsiz İnternet Paketləri” barədə geniş məlumat verilib.
Qeyd edək ki, Bakcell bir neçə il bundan əvvəl istifadəyə verilmiş və artıq 4G şəbəkəsində də fəaliyyət göstərən "Təhlükəsiz İnternet Paketləri” uşaqlar üçün internetdən istifadənin təhlükəsiz olmasını təmin edir. Bu internet paketləri və ENGİNET şirkətinin "İnternet Filtrasiya Xidməti” sayəsində Bakcell abunəçiləri öz uşaqlarının internetdən təhlükəsiz istifadəsini təmin edə və onları zərərli və istənilməyən məzmundan qorumaq imkanına malikdirlər.
"Təhlükəsiz İnternet” paketləri haqqında daha ətraflı məlumat //www.bakcell.com/az/internet-safe-internet səhifəsinə əks olunur.