Azərbaycanda tələbədə yoluxucu xəstəlik aşkarlandı - Bütün tələbə yoldaşları xəstəxanaya aparıldı

Azərbaycanda tələbədə yoluxucu xəstəlik aşkarlandı - Bütün tələbə yoldaşları xəstəxanaya aparıldı
Bakı Dövlət Universitetində (BDU) tələbələrə tibbi müayinədən keçməyəcəkləri halda, imtahanlara buraxılmayacaqları barədə xəbərdarlıq edilib.

Buna səbəb universitetin Tarix fakültəsində təhsil alan tələbələrin birində yoluxucu xəstəliyin aşkar edilməsi olub. Belə ki, dərs zamanı fakültənin 4-cü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Elnur Ağayevin (ad və soyad şərtidir) səhhətində problemlər yaranıb. O, dərhal universitetin poliklinikasına yerləşdirilib.

Müayinələrdən sonra həmin tələbədə vərəm aşkarlanıb. Bundan sonra BDU rəhbərliyi tərəfindən fakültənin həmin kursda təhsil alan bütün tələbələri müayinəyə cəlb olunub. Tələbələrə müayinə olunmayacaqları təqdirdə, imtahanlara buraxılmayacaqları barədə xəbərdarlıq edilib.  Məlumata görə, sözügedən tələbələrin müayinəsinə artıq başlanılıb.

Qeyd edək ki, sağlamlığında vərəm aşkarlanan tələbəyə məzuniyyət verilib. Ona sağalmayacağı təqdirdə universitetdən xaric ediləcəyi barədə məlumat verilib.
 
/A24.az
 

OXŞAR XƏBƏRLƏR

Şuşada mühüm tədbir başladı

Şuşada İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Katibliyi və İƏT Ticarət və Sənay...

Bu gün bürcləri nə gözləyir? - QOROSKOP

Bu gün ulduzlar hər bürc üçün fərqli enerjilər və mesajlar gətirir. Kimisi keçmişlə üzləşir, kimisi isə yeni fürsətlərin qapısını açır. İş, sevgi və şəxsi həyat...

Yekaterinburq məhkəməsi daha bir azərbaycanlının həbs müddətini uzatdı

Yekaterinburq şəhərinin Leninski Rayon Məhkəməsi, istintaqçının təqdim etdiyi vəsatəti nəzərdən keçirərək azərbaycanlı Şahin Məmmədəli oğlu Lalayev barəsində hə...

AZAL təyyarəsi ilə bağlı ekspertizanın nəticələri...

Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı ekspertizanın nəticələri yaxın zamanda açıqlana bilər.   Sfera.az xəbər verir ki, bunu Ba...

İranla sərhədimizdə əməliyyat: 10,7 kq narkotik götürüldü

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə...

Qaxda traktor gölə düşdü – Sürücü boğularaq öldü

Qaxda traktor gölə düşüb, sürücü boğularaq həyatını itirib.   Sfera.az xəbər verir ki, dünən saat 19:30 radələrində Qax rayonu, Amanlı kənd saki...