Təhsil sistemimizin əsas problemləri: Test ləğv olunur?

Təhsil sistemimizin əsas problemləri: Test ləğv olunur?
Artıq bir neçə gündür ki, yeni təhsil naziri olan Ceyhun Bayramov vəzifəsinin icrasına başlayıb. Maraqlıdır, yeni təhsil naziri bu sistemdə nə kimi dəyişikliklər edəcək.

Təhsil eksperti Şahlar Əsgərov Sfera.az-a açıqlamasında təhsil sahəsindəki ən əsas problemlər və onların həlli haqda danışıb:

"Yeni nazir təhsil sistemində olan bütün problemləri bilir. Ceyhun Bayramov tanınmış hüquqşünas olduğu üçün qanunvericilik bazasını da yaxşı bilir. Ümid edirəm ki, Ceyhun Bayramov təhsil sistemində olan nöqsanları aradan qaldıra biləcək”. 

Ş.Əsgərovun sözlərinə görə, bu gün hər 100 nəfərə düşən tələbə sayına görə Azərbaycan çox geridədir: 

"Test problemi qalmaqdadır. Bundan başqa hər 100 nəfərə düşən tələbə sayına görə Azərbaycanın çox geridə olması da böyük problemlərdən biridir. Azərbaycan balaca dövlət olmasına baxmayaraq, burada 10 ballıq, 700 ballıq sistem var. Halbuki 1 ballıq qiymətləndirmə Azərbyacan üçün yetərlidir. Bu gün təhsilin bütövlüyü məsələsi də əsas problemlərdən biridir. Bundan başqa, təhsilə aid olan bir çox qurumların bu sistemdən kənarda qalması da arzuolunmazdır. Sistem parçalandıqda onu idarə etmək daha çətin olur”. 

Ş.Əsgərov bildirib ki, orta məktəbi bitirən şagirdlərin orta bal olaraq 250 bal yığması da təhsil sistemində olan başlıca problemlərdən biridir: 

"Abituriyentlərin yığıdığı orta balın daha yuxarı olmasına, yəni, keyfiyyətə daha çox üstünlük verməliyik. Bu gün abituryentlərin əksəriyyətinin 250 bal yığması o deməkdir ki, Azərbaycan təhsil sisteminin ən böyük problemi məhz keyfiyyət məsələsi ilə bağlıdır. Bunun üçün qanunvericilik bazası yaratmaq, struktur dəyişikliyi etmək, rüşvəti təhsil sistemindən tamamilə uzaqlaşdırmaq lazımdır”.

Sfera.az

OXŞAR XƏBƏRLƏR

Rusiyada daha bir azərbaycanlının həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı barəsində qərar çıxarıb.   Sfera.az xəbər verir ki, məhkəmə Əhliman Gənciyevin ...

Attestasiya imtahanından keçməyən müəllimlərə ŞAD XƏBƏR

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin aqibətinə aydınlıq gətirilib.   Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalist...

Xaçmazda yeniyetmə anasını qətlə yetirdi

Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət ...

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Vladimir Zelenski tezliklə Bakıda Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi barədə razılıq əldə edi...

Paytaxtın bu ərazisində işıq olmayacaq

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 6 kV-luq hava xətlərində yenidənqurma və təmir-bərpa işlərinin aparılması ilə əlaqədar iyulun 2...

Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri edəcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev azərbaycanlı həmkarı İlham Əliyevin dəvəti ilə 2-4 iyul tarixlərində Azərbaycana gələcək.   Sfera.az xəbər ve...