DİM Azərbaycan dili fənnindən imtahan keçirəcək

DİM Azərbaycan dili fənnindən imtahan keçirəcək
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 22-də 2018/2019-cu tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydalarına əsasən qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün Azərbaycan dili fənnindən test imtahanı keçiriləcək.

DİM-dən Sfera.az-a verilən məlumata görə, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün Azərbaycan dili imtahanı Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Lənkəran, Şirvan və Xaçmaz şəhərlərində, ümumilikdə 17 imtahan mərkəzində aparılacaq.  

İmtahan bütün binalarda eyni vaxtda - saat 13:00-da başlanır.

Abituriyentlərə imtahanda 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi "məqbul” və ya "qeyri-məqbul”la qiymətləndirilir. Abituriyentin "məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Ali təhsil müəssisələri və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə keçirilən Azərbaycan dili imtahanı ilə ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə keçirilən Azərbaycan dili imtahanı məzmun baxımından bir-birindən fərqlənir.

Bu imtahanda "Abituriyentin elektron ərizəsi” formasını 10 aprel 23:59-dək təsdiqləmiş abituriyentlər iştirak edəcəklər. 11 apreldən 30 aprel tarixinədək ərizələrini təsdiq edən rus bölməsinin abituriyentləri yalnız ikinci Azərbaycan dili imtahanında iştirak edə biləcəklər. Aprelin 22-də keçirilən imtahanda "qeyri-məqbul” qiymət  alan və ya müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər (mayın 18-dən 29-dək qeydiyyatdan keçməklə) 2018-ci il iyunun 10-da keçiriləcək ikinci "Azərbaycan dili” imtahanında iştirak edə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan (9 illik və 11 illik təhsil bazasında ) 6172 (520+5652) abituriyentdən 2846 (189+2657) nəfəri oğlan, 3326 (331+2995) nəfəri qızdır.  5585 (385+5200) abituriyent orta ümumtəhsil müəssisələrinin builki məzunu, 587 (135+452) nəfər isə əvvəlki illərin məzunlarıdır.  

Ümumilikdə, Bakıda 3985 , Naxçıvanda 24 , Gəncədə 597, Sumqayıtda 411, Şəkidə 273, Bərdədə 138, Göyçayda 107, Şirvanda 136, Lənkəranda 101, Xaçmazda isə 400 abituriyentin imtahan verməsi nəzərdə tutulub.

İmtahanın idarə olunması üçün 41 imtahan rəhbəri, 488 nəzarətçi-müəllim ayrılıb.

OXŞAR XƏBƏRLƏR

"Yaxınlarda sülh sazişi ilə bağlı yaxşı xəbər ola bilər" - Mirzoyan

Yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı yaxşı xəbər ola bilər.   Sfera.az Teleqraf-a istinadən xəb...

Alça bu insanlara qəti QADAĞANDIR – ARAŞDIRMA

Turş dadı və bol C vitamini ilə tanınan bu meyvə bəzi insanlar üçün təhlükə mənbəyi ola bilər. Söhbət mövsümü meyvə olan alçadan gedir.    Mütəxəs...

Yeni “iPhone"larda güclü RAM-lar quraşdırılacaq - “Apple”dən mühüm dəyişiklik

“Apple” yeni “iPhone 17 Pro” və “Pro Max” modellərində səmərəliliyi artırmaq üçün mühüm bir yeniliyə imza atıb. Şirkət bu mo...

"Putinin “kölgə donanması”nı məhv edəcəyik" - Kir Starmer

Neft və qaz ixracına dair mövcud sanksiyalardan yayınmaq üçün istifadə edilən Rusiya neft tankerlərinin donanmasına yeni məhdudiyyətlər tətbiq ediləcək. &nbs...

Sabah 31 dərəcə isti olacaq – PROQNOZ

Mayın 10-a gözlənilən hava proqnozu açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımada...

Hindistan Azərbaycanı boykot etdi - Nələr yaşanacaq?

Xəbər verdiyimiz kimi, Azərbaycan Pakistanı dəstəklədiyi üçün Hindistanda ölkəmizə qarşı boykot elan edilib. Hindli rəsmilər Azərbaycana səfər etməməyi və Azərb...