Nazir: "MİQ-də ən yaxşı nəticəni bu fənnin müəllimləri göstərir"

Nazir: "MİQ-də ən yaxşı nəticəni bu fənnin müəllimləri göstərir"
Kateqoriya məlum deyil
T

Azərbaycanda məktəblərdə müəllim heyətinin yenilənməsi davam etdirilir. Son illərdə məktəblərdə çalışan müəllimlərin təxminən 20 faizinin dəyişdirilib, zəif nəticə göstərən müəllimlərin yerinə yüksək bal toplayan namizədlər işə qəbul edilib.

Sfera.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 nəticələrinin təqdimatı zamanı deyib. Nazirin sözlərinə görə, məktəblərdə təxminən hər beş müəllimdən biri yenilənib. Yeni müəllimlərin seçimində əsas meyarlardan biri MİQ-də göstərilən nəticələrdir.

“Beş müəllimdən birini dəyişmişik. Yəni 20 faiz müəllim yenidir və ən zəif nəticə göstərən müəllimlərin yerinə MİQ-dən ən yüksək nəticə göstərən müəllimlər gəlib”, – Emin Əmrullayev bildirib. O qeyd edib ki, xüsusilə riyaziyyat müəllimlərinin MİQ üzrə keçid balları yüksəkdir. Bakıda bu göstəricinin 90 bal, bəzi digər böyük şəhərlərdə isə 80-85 bal civarında olduğunu deyib.

Nazir bildirib ki, bu proses ayrı-ayrı şəxslər üçün müəyyən çətinlik yaratsa da, uzunmüddətli perspektivdə təhsil sistemi üçün müsbət nəticə verəcək. “Bu, sistem üçün yaxşıdır, fərd üçün ola bilər ki, problemdir. Amma uzunmüddətli vədədə nəticəsini görəcəyik”, – nazir vurğulayıb. Emin Əmrullayev bildirib ki, yüksək bal toplayan müəllimlərin daha çox böyük şəhərlərdə, nisbətən aşağı nəticə göstərənlərin isə bölgələrdə işə başlaması gələcəkdə təhsil göstəricilərinə də təsir edə bilər. Onun sözlərinə görə, hazırda aparılan dəyişikliklərin nəticəsi dərhal deyil, uzun illər sonra özünü göstərəcək.

“2037-də, 2040-da, nə vaxtsa bunun nəticəsini görəcəyik”, – nazir qeyd edib.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR