Magistraturaya ixtisaslaşma seçimi başladı

Magistraturaya ixtisaslaşma seçimi başladı
Kateqoriya məlum deyil
T

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul üzrə ixtisaslaşma seçiminə start verilib.

Sfera.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, ixtisaslaşma seçimində 2026-cı il fevralın 15-də, mayın 17-də və iyunun 14-də keçirilmiş magistratura qəbul imtahanlarının (bəzi proqramlar üzrə qabiliyyət imtahanının) nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən və seçim hüququ qazanan bakalavrlar iştirak edə bilərlər.

Namizədlər iyulun 26-sı saat 23:59-dək magistraturaya qəbul aparılan ixtisaslaşmalar üzrə seçimlərini elektron qaydada etməlidirlər. Bakalavrlar imtahanın istənilən cəhdində topladıqları nəticə əsasında müsabiqədə iştirak edə bilərlər.

Qaydalara əsasən, namizədlər bitirdikləri ixtisasa uyğun olmaqla maksimum 20 ixtisaslaşma seçərək "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ni təsdiqləməlidirlər. Müsabiqəyə yalnız ərizəsini təsdiqləyən bakalavrlar buraxılacaqlar.

Qəbul aparılan ixtisaslaşmalar və ayrılan plan yerləri barədə məlumat "Magistr" jurnalının 4-cü nömrəsində yer alıb. Jurnalı DİM-in satış məntəqələrindən əldə etmək, həmçinin Abiturient.az saytı və Wolt tətbiqi vasitəsilə sifariş etmək mümkündür.

Bundan başqa, jurnalın elektron (PDF) versiyası da Abiturient.az portalında yerləşdirilib.

İxtisaslaşma seçimi ilə bağlı ətraflı məlumat və tam elan mətnini DİM-in rəsmi saytı üzərindən oxumaq mümkündür.

PAYLAŞ