Bəzi ixtisaslarda 1 yerə 13 nəfər sənəd verib

Bəzi ixtisaslarda 1 yerə 13 nəfər sənəd verib
Kateqoriya məlum deyil
T

Azərbaycanda bəzi ixtisaslarda rəqabət kəskinləşib.

Sfera.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) "Abituriyent" jurnalının 12-ci nömrəsində məlumat verilib.

Qeyd edilib ki, tam orta təhsil bazasında dövlət orta ixtisas təhsili müəssisələrinə qəbul zamanı ən yüksək müsabiqə humanitar və kimya-texnoloji ixtisaslar üzrə qeydə alınıb.

Məlumata əsasən, kimya-texnoloji ixtisaslar üzrə cəmi 120 plan yeri olduğu halda, bu istiqamətə 1625 ərizə verilib. Bu isə o deməkdir ki, həmin sahədə bir yer uğrunda təxminən 13-14 nəfər mübarizə aparıb.

Humanitar ixtisaslarda da rəqabət yüksək olub. Belə ki, 772 plan yerinə 7446 ərizə təqdim edilib. Nəticədə burada da hər yerə orta hesabla 9-10 nəfər iddiaçı düşüb.

Statistikaya görə, tibb ixtisasları üzrə 2924 plan yerinə 8192, baytarlıq və aqronomluq istiqamətində 670 yerə 4064, texniki, kənd təsərrüfatı, iqtisadiyyat və pedaqoji ixtisaslar üzrə isə 10 442 yerə 19 393 ərizə verilib.\\modern.az

PAYLAŞ