Bəzi əlaçı şagirdlər 200-dən az bal toplayıb - DİM

Bəzi əlaçı şagirdlər 200-dən az bal toplayıb - DİM
Kateqoriya məlum deyil
T

Ötən il əlaçı kimi məzun olan 513 şagird qəbul imtahanlarında 0-200 aralığında bal toplayıb.

Sfera.az xəbər verir ki, bu, Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci nömrəsində dərc etdiyi 2025/2026-cı tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinə dair elmi-statistik materiallarında yer alıb.

Məlumata görə, onlardan 481-i 100-200, 32 nəfəri isə 0-100 bal aralığı nəticə qazanıb.

Eyni zamanda bildirilib ki, orta attestat balı "3" olan 1 nəfər isə 500-700 bal aralığında nəticə qazanıb./report

PAYLAŞ