Emin Əmrullayev "Son zəng" üçün Gəncəyə gedib

Elm və təhsil naziri Emin Əmrullayev Gəncədə "Son zəng" mərasimində iştirak edir.
Sfera.az xəbər verir ki, nazirMəhəmməd Hadi adına 10 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən “Son Zəng” tədbirinə qatılıb.
Ölkə üzrə orta məktəbi bitirən bütün şagirdləri təbrik edən E. Əmrullayev məzunlara gələcək həyatlarında uğurlar arzulayıb.
Məlumat üçün bildirək ki, 2025-2026-cı tədris ilində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən orta ümumi təhsil müəssisələrinin XI siniflərini 6583 nəfər, IX siniflərini isə 8341 nəfər olmaqla, ümumilikdə 14 924 şagird başa vurur. Ayrıca məktəblərdə 7042 şagird I sinfi tamamlayır.
Qeyd edək ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində 246 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir.
