Logo

Şagirdlərə 12 günlük istirahət - Bu tarixlərdə dərs olmayacaq

Şagirdlərə 12 günlük istirahət - Bu tarixlərdə dərs olmayacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda məktəbliləri may ayının ikinci yarısında uzunmüddətli istirahət gözləyir.

Sfera.az xəbər verir ki, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qrupları və ibtidai siniflərində mayın 18-dən 22-dək tətil olacaq.

Bu tətil 1-5 may tarixləri əvəzinə müəyyən edilib. Bundan əlavə, 23 və 24 may tarixləri həftəsonuna təsadüf edir.

Eyni zamanda, bu il Azərbaycanda Qurban Bayramı 27-28 may tarixlərində qeyd olunacaq. 28 May – Müstəqillik Günü də qeyri-iş günü olduğundan, 29 may tarixində də iş olmayacaq.

Beləliklə, məktəblilər üçün mayın 18-dən başlayaraq ardıcıl istirahət günləri yaranacaq və ayın sonuna qədər dərs olmayacaq.

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR