Logo

Bu il bağça müəllimlərinin sertifikatlaşdırılması keçiriləcək - Eşqi Bağırov

Bu il bağça müəllimlərinin sertifikatlaşdırılması keçiriləcək - Eşqi Bağırov
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu il ilk dəfə bağça müəllimlərinin sertifikatlaşdırılması keçiriləcək.

Sfera.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, 2026-cı il üzrə sertifikatlaşdırılma prosesinin 17-19 və 23-25 iyun tarixlərində təşkili planlaşdırılır.

“Bu il ilk dəfə məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesi həyata keçiriləcək”, - deyə o qeyd edib.

E.Bağırov əlavə edib ki, məktəbəqədər təhsil müəssisələri üzrə sertifikatlaşdırmanın oktyabr ayında təşkili planlaşdırılır.

Onun sözlərinə görə, sertifikatlaşdırmanın əsas məqsədi təhsilverənlərin bilik və bacarıqlarının qiymətləndirilməsi, təhsil keyfiyyətinin daha da artırılmasıdır.

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR