"Ali məktəblərə qəbul qaydaları dəyişdirilməlidir" - EKSPERT

"Ali məktəblərə qəbul qaydaları dəyişdirilməlidir" - EKSPERT
Kateqoriya məlum deyil
T

“Ali təhsil müəssisələrinə qəbul qaydaları və imtahan formatı dəyişməlidir”.

 

Sfera.az xəbər verir ki, bu sözləri təhsil eksperti Elçin Əfəndi deyib.

 

Onun sözlərinə görə, dünyanın heç bir ölkəsində ixtisas qrupları yoxdur və bu qədər fəndən imtahan götürülmür. 

 

Ekspert bu sistemi istismar adlandırıb: 

 

 

“6-7 fənn üzrə hazırlaşan bir abituriyent məktəb təhsili ilə kifayətlənmir və təhsili kənarda axtarır. Bu zaman isə ailə büdcəsi 1 fənn üzrə ən azı 70-80, bəzən isə ən çoxu 100-200, hətta 250-300 manat xərc çəkməli olur. 6 fənn üzrə bir ailə aylıq 400 manatdan 1500 manatadək hazırlıqlara pul tökür. Bu istismar deyilsə nədir? Dövlət pulsuz təhsil verir, əziyyət çəkin təhsili qaytarın məktəbə. Vahid qəbul qaydası işlənib hazırlanmalıdır. Dünyanın qabaqcıl ölkələrinə və onların qəbul qaydalarına baxın”.

 

Ekspert qeyd edib ki, bu gün yalnız məktəb təhsili ilə kifayətlənən məktəb şagirdləri Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanlarında 0-50 arası da bal toplaya bilmirlər:

 

“50-300 bal aralığında nəticə göstərən şagirdlər təhsil mərkəzlərinin, kursların, repetitorların nəticəsidir. Fənlərin sayı minimallaşdırılmalıdır. 2-3 fənn üzrə qəbul aparılmalıdır. Qəbul bir dəfə keçirilməlidir. Nəticələr də ən geci 10-15 gün ərzində elan olunmalıdır. Martdan başlayan proses sentyabr ayında güclə başa çatır. Biz ali təhsil müəssisələrinə qəbulu asanlaşdırmalı, bitirməyi çətinləşdirməliyik ki, əmək bazarına normal bilikli, akademik göstəriciləri yüksək olan ixtisaslı kadr hazırlayaq. Təəssüf ki, hal-hazırda qəbul prosesi çətin, universiteti bitirmək isə asandır. Qəbulu asanlaşdırmaq və ya əlçatan etmək də bəzi ixtisaslara 150 balla tələbə qəbulu aparmaq demək deyil”.


Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ