Komitə sədri: "5 yaşlı uşaqların təhsili üçün 37 milyon manat nəzərdə tutulub"

Komitə sədri: "5 yaşlı uşaqların təhsili üçün 37 milyon manat nəzərdə tutulub"
Kateqoriya məlum deyil
T

“2026-cı il dövlət büdcəsində təhsil xərcləri üçün 5 milyard 15 milyon 900 min manat vəsait nəzərdə tutulur. Bu, 2025-ci illə müqayisədə 78 milyon 600 min manat, 2024-cü ilin icrası ilə müqayisədə isə 625 milyon 700 min manat çoxdur. Təhsil xərclərinin dövlət büdcəsində xüsusi çəkisi 12 faiz təşkil edir”.

 

Sfera.az xəbər verir ki, bu fikirlə Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov çıxış edib.

 

Komitə sədri bildirib ki, 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi və sertifikatlaşdırılması davam edir:

 

"Sertifikatlaşdırmadan uğurla keçən müəllimlərə diferensial əməkhaqqı sisteminin tətbiqi üçün 2026-cı il büdcə layihəsində 212 milyon 800 min manat ayrılıb. Bununla yanaşı, növbəti ilin tədris ilində məktəbəhazırlıq qruplarına cəlb ediləcək 88 min 5 yaşlı uşaq üçün zəruri xərclər kimi 37 milyon manat nəzərdə tutulub".

 

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR