"Təhsilin bütün pillələrində keyfiyyətin artırılması nəzərdə tutulub" - Fariz İsmayılzadə

"Təhsilin bütün pillələrində keyfiyyətin artırılması nəzərdə tutulub" - Fariz İsmayılzadə
Kateqoriya məlum deyil
T

“Büdcə sənədi ölkənin sosial-iqtisadi inkişaf göstəricilərinə və qarşıda duran çağırışlara uyğun şəkildə hazırlanıb".

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fariz İsmayılzadə parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.  O bildirib ki, növbəti il üçün təhsil xərcləri 5 milyard manat nəzərdə tutulub ki, bu da 2025-ci illə müqayisədə 78 milyon manat, 2024-cü ilin icrası ilə müqayisədə isə 625 milyon manat artıqdır.

 

Millət vəkili qeyd edib ki, 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq təhsilin bütün pillələrində keyfiyyətin artırılması əsas prioritetlər sırasındadır. 2026-cı ilin büdcəsində bütün bu istiqamətlər üzrə vəsaitlərin artırılması nəzərdə tutulur.

 

F.İsmayılzadə əlavə edib ki, sertifikatlaşdırmadan uğurla keçən müəllimlərin maaşlara əlavələr ödənilməsi məqsədlə 212 milyon manat ayrılıb. Prezidentin təşəbbüsü ilə həyata keçirilən “Xaricdə təhsil” dövlət təqaüd proqramları və ikili diplom layihələrinin də maliyyələşdirilməsi və müddəti artırılıb. Bu, gənclərin keyfiyyətli təhsil imkanlarını genişləndirmək məqsədi daşıyır.

 

Firuzə Əliyeva

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR