Nahid Bağırov pedaqoji kollektivlə görüşdü - FOTOLAR

Nahid Bağırov pedaqoji kollektivlə görüşdü - FOTOLAR
Kateqoriya məlum deyil
T

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov İsmayıllı şəhər 6 saylı tam orta məktəbində məktəbin pedaqoji kollektivi ilə görüş keçirib.

 

Sfera.az xəbər verir ki, dəyirmi masa formatında təşkil olunan görüşdə məktəbin ümumi vəziyyəti, tədris prosesində mövcud olan çətinliklər, nailiyyətlər və qarşıda duran vəzifələr ətraflı şəkildə müzakirə olunub. 

 

Son illərdə rayonda təhsil sahəsində görülən işlər, yeni tikilən və əsaslı şəkildə yenilənən məktəblər, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan addımlar barədə məlumat verilib. Eyni zamanda mövcud nöqsanlara da diqqət çəkərək onların aradan qaldırılması üçün görülməli olan tədbirləri qeyd edilib.

 

“Təhsil cəmiyyətin inkişafının əsas dayağıdır və bu yolda müəllimlərin fədakar əməyi xüsusi önəm daşıyır. Müəllimlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, onların hər bir uğurunun bütövlükdə rayon təhsilinin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirdik.

Bu kimi görüşlər gələcəkdə də davam etdiriləcək və təhsil ictimaiyyəti ilə açıq dialoqun, qarşılıqlı dəstəyin gücləndirilməsi istiqamətində mühüm addımlar atılacaq. Məqsəd – birgə əmək və qarşılıqlı etimad əsasında daha yüksək nailiyyətlərə imza atmaqdır”, - deyə icra başçısı bildirib.

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Gallery image 7
Gallery image 8
Gallery image 9
Gallery image 10
Gallery image 11
Gallery image 12
Gallery image 13
Gallery image 14
Gallery image 15
Gallery image 16
Gallery image 17
Gallery image 18
Gallery image 19
Gallery image 20
Gallery image 21
Gallery image 22
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Thumbnail 6
Thumbnail 7
Thumbnail 8
Thumbnail 9
Thumbnail 10
Thumbnail 11
Thumbnail 12
Thumbnail 13
Thumbnail 14
Thumbnail 15
Thumbnail 16
Thumbnail 17
Thumbnail 18
Thumbnail 19
Thumbnail 20
Thumbnail 21
Thumbnail 22
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR